Bir il bundan öncə Avstraliyanın Viktoriya ştatının polisi bərkgedən Mercedes-AMG GLE 63 S Coupe kupe-krossoverini 12 aylıq icarəyə götürmüşdü. Bu müddət ərzində avtomobil şatatın yollarında patrul xidməti aparmışdır.
Artıq kirayə müddəti başa çatdığına görə, polis departamenti kupe-krossoverin əvəz edilməsi qərarına gəlmişdir. Bu dəfə Viktoriya polismenlərinin seçimi Mercedes-AMG E43 4Matic modeli olmuşdur. Nəzərə alaraq ki, Avstraliyada Mercedes-AMG E43 4Matic 159900 dollardan, Mercedes-AMG GLE 63 S Coupe isə 198900 dollardan satılır, bu dəfə Viktoriya polisinin seçimi daha ağlabatandır.
«Guardian V2» adını almış yeni patrul avtomobili də sələfi kimi polis livreyasını əldə edəcək və ştatın yollarında patrul xidməti aparacaqdır. Avtomobili Viktoriya polis departamentinə 12 aylığına Mercedes-Benz şirkətinin Avstraliya nümayəndəliyi təqdim etmişdir. Yeni patrul avtomobili 396 at qüvvəsi və 520 Nm fırlanma anı təklif edən 3,0-litrlik altısilindrli mühərriki sayəsində yerli sürət aşiqlərinin qorxulu röyasına çevriləcəkdir.
Bildiyimiz kimi, 9-pilləli avtomatik sürətlər qutusu ilə birlikdə çalışan güc aqreqatı avtomobili 100 km/saat həddinə 4,6 saniyəyə sürətləndirir və onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.
Yeni patrul xidməti bu həftəsonu Melburnda məşhur Albert-parkda keçiriləcək Formula 1 çempionatının ilk mərhələsi çərçivəsində geniş tamaşaçı kütləsinə təqdim ediləcəkdir. Son olaraq Avstraliya polisi arsenalında olan bərkgedən Holden Commodore SS və Falcon XR6 Turbo modellərinin əvəzlənməsi barədə qərar qəbul etmişdir. Bir müddət bundan öncə şatat polisi Audi şirkəti ilə də əməkdaşlığa başlamışdır.
Hazırda Audi S7 Sportback modeli Yni Cənubi Uels ştatında patrul xidməti aparır.