Mercedes-Benz şirkəti yeni nəsil E-Class modelinin «bərkgedən» variantı olacaq Mercedes-AMG E63 modelini arxa çəkiş sistemindən məhrum etmək fikrindədir. Satış bazarından aslı olmayaraq E-Class modelinin «qaynar» variantı ancaq tam ötürməli çəkiş sistemi ilə təchiz ediləcək. Bu barədə «Autocar» internet nəşrinə Mercedes-Benz şirkətinin AMG GmbH bölməsinin rəhbəri Tobias Moers xəbər vermişdir. Moers AMG pərəstişkarlarına müraciət də ünvanlamışdır: «Avtoşlar narahat olmasınlar, avtomobil onun arxasını sürüşdürmək, yana axıtmaq və sairə kimi «lotuluq» hərəkətləri etməyə imkan yaradacaqdır». Bundan əvvəl, alman şirkəti tərəfindən «qaynar» avtomobilin yeni tam ötürməli çəkiş sistemi ilə təchiz ediləcəyi bəyan etmişdi.
Bundan əlavə, Mercedes-AMG E63 alman şirkətinin doqquz diapazonlu avtomatik sürətlər qutusu ilə təchiz etdiyi ilk «bərkgedən» avtomobili olacaqdır. Bu qutu gücü 610 at qüvvəsi olan dörd litrlik ikiqat turbokompressorlu mühərriklə birgə çalışacaqdır. «Autocar» nəşrinin jurnalistləri Mercedes-AMG E63 4Matic modelinin bu yaxınlarda təqdim ediləcəyini güman edirlər.
Xatırladaq ki, yeni nəsl E-Class modelinin rəsmi təqdimatı, bu ayın əvvəlində keçirilmiş Detroyt avtomobil sərgisində baş tutmuşdur. Avtomobil alman şirkətinin modul platforması olan MRA platforması üzərində yığılmışdır. İlkin olaraq avtomobil 2,0-litrlik 192 at qüvvəli dizel və 184 at qüvvəli benzin turbomühərrikləri ilə təklif ediləcəkdir.