Bu günlərdə Nürburqrinq trekində sınaqdan keçirilən avtomobillər arasında yenilənmiş Mercedes-AMG E63 4Matic+ sedanının minimal kamuflyaja malik olan prototipi də vardır. Yenilənmiş modelin seriya variantı ilin sonuna kimi debüt etməlidir. "Bərkgedən" sedanın yenilənmiş variantı onu E-Class ailəsindən olan digər modellər ilə bağlayacaq yeni kosmetik və texnoloji yeniliklərə sahib olacaqdır. Seriya həyatına başlayacaq yenilənmiş Mercedes-AMG E63 modeli yeni Audi RS6 Avant və yenilənəcək BMW M5 modelləri ilə rəqabət aparacaqdır.
Bu gün YouTube kanalımdakı Automotive Mike istifadəçisi"bərkgedən" sedanı Nürburqrinqdəki sınaqları zamanı çəkilmiş videogörüntülərini yayıb. Görüntülərdə sedanın təchiz olunduğu V8 turbomühərrikinin səsi aydın eşidilir. Çox güman ki, bu testlər E63 modelinin yekun testləridir - işlər avtomobilin şassisinin dəqiq sazlanması mərhələsinə qədəm qoyub.
Mercedes-AMG E63 modeli GLE 63 modeli kimi, 4,0-litrlik V8 biturbo mühərriki və 48-voltluq şəbəkədən qidalanan Mercedes EQ Boost startyor-generatoru olan yumşaq hibrid güc qurğusunu alacaqdır. Avtomobil Avropada iki variantda - standart və S variantlarında təklif ediləcəkdir. Güc qurğusunun hasilatı əvvəlki kimi, standart variantda 585 at qüvvəsi (750 Nm), S variantında isə 612 at qüvvəsi (850 Nm) olacaqdır.
Güc aqreqatı 9-pilləli avtomatik transmissiya və 4Matic+ tam ötürmə sistemi ilə tandemdə çalışacaqdır. Avtomobilin təchizatına adaptiv Pnevmatik asqı sistemi, iri havalandırmalı diskləri olan güclü əyləc mexanizmləri, yüksək sürtünməli differensial, mühərrikin dinamik dayaqları və dartma qüvvəsinə nəzarət sistemi daxil ediləcəkdir.