Parisdə keçirilən avtosalonda “bərkgedən” Mercedes-AMG EQE SUV krossoverinin “43” və “53” indeksli versiyaları debüt edib. Rəsmi şəkillərdə yalnız “böyük” superkrossover göstərilib: belə krossoverin güc qurğusu qısa müddət ərzində 687 at qüvvəsi və 1000 Nm hasil edəcəkdir! Mercedes-AMG EQE 53 4Matic krossoveri yerindən 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəkdir. Krossoverin maksimal sürəti 240 km/saat, yürüş məsafəsi isə 470 kilometr olacaqdır.

Affalterbaxda fəaliyyət göstərən bölmə AMG EQE SUV modeli üçün ayrıca təqdimatı təsadüfən təşkil etməyiblər, çünki “bərkgedən” krossoverlərin AMG EQE sedanları ilə unifikasiyası maksimaldur.

EQE 43 4Matic versiyası EQE 500 modelindəki elektrik mühərriklərinin eynisi ilə təchiz edilir - 858 Nm-lik fırlanma anı dəyişməz qalsa da, onların gücü 476 at qüvvəsinə qədər artırılıb. Krossover yerindən 100 km/saata qədər sürətlənməyə 4,3 saniyə sərf edir, onun maksimal sürəti 210 km/saat, yürüş ehtiyatı isə 488 kilometrə qədər (WLTP) olacaqdır.

Mercedes-AMG EQE 53 4Matic + SUV top versiyasında heç bir sürpriz yoxdur: belə krossover təkmilləşdirilmiş soyutma sistemi və orijinal sarğısı olan orijinal AMG elektrik mühərrikləri ilə təchiz edilir.

Normal rejimdə ikimühərrikli qurğu 626 at qüvvəsi və 950 Nm hasil edir, lakin AMG Dynamic Plus paketi ilə Race Start və Boost funksiyaları əlavə olunur ki, bu da hasilatı qısa müddətə 687 at qüvvəsinə və 1000 Nm-ə qədər artırmağa imkan verir. 

Bununla belə, ekstremal rejimləri aktivləşdirmək üçün batareya müəyyən edilmiş cərəyan səviyyəsinə və temperatura malik olmalıdır. Ən güclü versiyanın yürüş ehtiyatı 470 kilometrə qədərdir.

“Bərkgedən” krossoverlər AMG Line paketi ilə təchiz edilmiş adi Mercedes-Benz EQE SUV modellərindən  Panamericana barmaqlığı üslubunda tıxac, orijinal çoxmilli təkər diskləri və parlaq panelləri ilə seçilir. Salonda mikrofiber və ya Nappa dərisi ilə üzlənmiş idman oturacaqları, cütlənmiş qolları olan sükan çarxı və karbon əlavələri quraşdırılıb.

AMG versiyalarının alıcıları adaptiv pnevmatik asqıya (dönmə radiusu 12,3 metrdən 10,5 metrə qədər azaldılır),  dönən arxa təkərlər və altı porşenli əyləclərə görə əlavə pul ödəməli olmayacaqlar.

AMG EQE 53 4Matic+ SUV versiyasının boş çəkisi təqribən 2,6 tondur, ona görə də mühəndislər yana əyilmələrin qarşısını alan xüsusi sistemi hazırlamalı olublar. Kələ-kötür yollarda təkərin daha yaxşı artikulyasiyasını təmin etmək üçün köndələn dayanıqlılıq stabilizatorları ayrılırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-AMG EQE SUV modeli adi krossoverlərlə müqayisədə gecikmə ilə satışa çıxarılacaqdır. Çox güman ki, qiymətlər gələn il açıqlanacaqdır. Qeyd edək ki, flaqman elektrik krossoveri olan Mercedes-Benz EQS SUV modelinin hələlik “bərkgedən” modifikasiya yoxdur, lakin Maybach versiyası olacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.