“Bərkgedən” Mercedes-AMG GLE 53 krossoveri 2019-cu ildə debüt edib, keçən qışda isə, GLE ailəsinin digər üzvləri ilə birlikdə planlaşdırılmış yeniləmədən keçib. İndi isə, 53 prefiksli versiya (əsas və kupeşəkilli kuzovlarda) texniki cəhətdən modernləşdirilib: bundan sonra o, mülayim deyil, tam ölçülü təkrar doldurulan hibriddir.
Kapotun altında, əvvəlki kimi, M256 seriyasından olan 3,0-litrlik sıralı altısilindrli turbomühərriki yerləşir, lakin yeni idarəetmə proqramı və dəyişdirilmiş soyutma sistemi mühərrikin gücünü 435-dən 449 at qüvvəsinə qədər artırmağa imkan verib.
Fırlanma anı dəyişməyib - 560 Nm. Startyor-generator və əlavə elektrik üfürməsi yoxa çıxıb: onların işini, indi 9-pilləli AMG Speedshift TCT 9G avtomatik transmissiyasında quraşdırılmış və startda maksimum dartma qüvvəsi yaradan dartma elektrik mühərriki (136 at qüvvəsi, 480 Nm) yerinə yetirir.
Güc qurğusunun ümumi hasilatı 544 at qüvvəsi və 750 Nm-dir. Tam ötürmə – ön oxda qoşma muftası olan 4Matic+ sistemidir. 100 km/saat sürətlənmə vaxtı da 5,0-dən 4,7 saniyəyə endirilib. Maksimal sürət, həmişə olduğu kimi, elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
Avtomobil nəzərəçarpacaq dərəcədə ağırlaşdığı üçün, pnevmatik asqını təkmilləşdirilmək gərək olub. Yeniliyin dəqiq çəkisi barədə məlumat verilmir, lakin 31,2 kilovat/saatlıq dartma batareyasının quraşdırılması nəticəsiz ötüşməyib. Arxa oxda yeni adaptiv amortizatorlar quraşdırılıb, ön dayaqlardakı geri oturtma buferləri dəyişdirilib.
İki hərəkət rejimi əlavə edilib - Electric və Battery Hold. Birincidə, avtomobil tamamilə elektrik dartmasına keçir və 140 km/saat həddinə qədər sürətlənə bilər. Bu rejimdə yürüş məsafəsi 80-87 kilometrdir. İkinci rejim batareyadakı enerjinin qorunması məqsədi ilə hibrid qurğunun gücünü 25% -ə qədər məhdudlaşdırır (şərtlərin uyğun gəlməsi halında).
Yeni Mercedes-AMG GLE 53 modelinin qiyməti də açıqlanıb: Almaniyada adi krossoverin qiyməti 125 515 avrodan, kupe versiyası isə 133 851 avrodan başlayır. Yəni, kuzov növündən asılı olmayaraq, təkrar doldurulan hibrid əvvəlkindən 13 min avro bahadır! Xatırladaq ki, təqaüdə göndərilən mülayim hibrid üçün isə, minimum 112 497 avro tələb edilirdi.
Lakin artan gücü nəzərə alsaq, yeni GLE 53, bu ilin əvvəlində çeşiddən çıxarılmış 571 at qüvvəli Mercedes-AMG GLE 63 versiyasını qismən əvəz etmək üçün nəzərdə tutulub. Hazırda çeşiddəki ən güclü versiya Mercedes-AMG GLE 63 S versiyasıdır. Satışların başlama tarixi daha sonra elan ediləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.