Cenevrə avtosalonu ərəfəsində, Mercedes-Benz şirkəti yeni GLE Coupe krossoverinin “bərkgedən” versiyasını təqdim edib. "63" ailəsindən olan krossover 4,0-litrlik V8 turbomühərrikinin əsasında yaradılmış hibrid güc qurğusunu əldə edib. Bundan başqa, krossover yenidən işlənmiş şassiyə və orijinal kuzov dəstinə və elektron sistemlərin yeni tənzimləmələrinə sahib olub.

Texniki olaraq, Mercedes-AMG GLE 63 və GLE 63 S Coupe modelləri üç ay əvvəl təqdim edilmiş adi kuzovlu krossoveri təkrarlayır. Kapotun altında 4,0-litrlik V8 biturbomühərrik, həmçinin  48-voltluq şəbəkədən qidalanan və 22 at qüvvəsi hasil edən (250 Nm) EQ Boost elektromotoru  yerləşir.

Mercedes-AMG GLE 63 Coupe modelinin  güc qurğusunun ümumi hasilatı 571 at qüvvəsi və 750 Nm təşkil edir. Mercedes-AMG GLE 63 S modelinin mühərrikinin gücü 612 at qüvvəsi, fırlanma anı isə 850 Nm təşkil edir. GLE 63 Coupe modeli 100 km/saat həddinə 4,0, GLE 63 S versiyası isə 3,8 saniyəyə sürətlənir. Xatırladaq ki,  Audi RS Q8 və BMW X6 M Competition modelləri də ilk “yüzlüyü” 3,8 saniyəyə toplayırlarr.

"63" ailəsindən olan digər krossoverlər kimi, GLE 63 Coupe modeli də 9-pilləli AMG Speedshift “avtomatı” və 4Matic + tam ötürmə sistemi təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverin standart təchizatına arxa diferensialın electron qapanması,ğndə  400 millimetrlik diskləri və altısilindrli mexanizmləri, arxada isə 370 millimetrlik əyləc diskləri və birporşenli mexanizmləri olan gücləndirilmiş əyləclər daxildir. Əlavə ödənişlə, krossoveri karbon-saxsı əyləc mexanizmləri və yanaəyilmələrin qarşısını alan Active Ride Control aktiv stabilizasiya sistemi ilə təchiz etmək olar.

Mercedes-AMG GLE 63 Coupe modelini aqressiv bamperlər, buraxılış sisteminin trapesiyaşəkilli parlaq çıxış boruları, 21 və ya 22 düymlük orijinal təkər diskləri, tündləşdirilmiş optika və opsional qırmızı əyləc supportları sayəsində ayırd etmək olar. Salonda AMG idman sükanı, cihazlar panelinin xüsusi qrafikasını və telemetriya sistemini görmək mümkündür.

GLE 63 və GLE 63 S kupeşəkilli krossoverlərin kütləvi təqdimatı martın 3-də Cenevrədə keçiriləcəkdir. Krossoverin satışlarının başlama tarixi və qiymətləri hələlik açıqlanmayıb.