Firma Mercedes Manufaktur fərdiləşdirmə studiyası müntəzəm olaraq alman brendin ən varlı müştərilərini Mercedes-Benz avtomobillərinin xüsusi eksklüziv versiyaları ilə təmin edir. Bu dəfə eyni anda üç əlaqəli AMG krossoveri təkmilləşdirilib - GLE, GLE Coupe və GLS: onlar artıq Arctic Silver adlı eksklüziv versiyada təklif olunurlar.

Xüsusi versiyanın ən diqqət çəkən xüsusiyyəti zavod palitrasında mövcud olmayan tutqun gümüşü kuzov rəngidir. Standart avtomobillər üçün təklif edilən palitrada oxşar gümüş rəng var, lakin onun tutqun variantı yoxdur. 

Xüsusi versiyanın başqa bir xüsusiyyəti AMG Night package firma paketinə daxil olan kuzovun qara və qırmızı vurğularıdır. Bundan əlavə, tutqun qara dam reylinqləri, buraxılış sisteminin tünd xromla örtülmüş çıxış boruları və arxa şüşələrin tam tündləşdirilməsi nəzərdə tutulur.

Nəhayət, GLE və GLE Coupe modellərində 22 və flaqman GLS üçün 23 düymlük orijinal təkər diskləri quraşdırılır. Təkər toplarında üçqollu firma ulduzu, AMG loqotipi və stilizə edilmiş dəfnə çələngi olan qapaqlar diqqəti çəkir.

Arctic Silver versiyasındakı avtomobillərin salonu qırmızı və qara nappa dərisinin birləşməsindən tərtibata malikdir, oturacaqlarda isə, rombşəkilli tikişlər var. Dekorativ panellər qırmızı rəngli karbonplastikdən hazırlanıblar.

Kandarlarda işıqlandırılan lövhələr quraşdırılıb, qapılarda isə, AMG loqotipləri olan xoşgəldin işıqlandırması var. Firma emblemləri və tikmənaxışları da interyerə səpələnib, lakin xüsusi versiyanı göstərən yalnız bir xatirə xrom lövhə var – ön panelin sağ tərəfində.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Heç bir texniki dəyişiklik bəyan edilməyib. GLE krossoverlərinin üç AMG versiyası var: 3.0-litrlik sıralı altısilindrli turbomühərrikli GLE 53 (435 at qüvvəsi, 560 Nm), eyni “turboaltılıq” və elektrik mühərriki olan GLE 53 Hybrid (ümumilikdə 544 at qüvvəsi və 750 Nm) və 4.0-litrlik V8 biturbo mühərrikli GLE 63 S (612 at qüvvəsi, 850 Nm). GLS modelinin isə, səkkizsilindrli mühərriki olan bir ən güclü AMG versiyası var.

Arctic Silver xüsusi buraxılışına sifarişlər artıq qəbul olunur. Lakin qiymətlər yalnız iyul ayında açıqlanacaq, çünki tamölçülü satışlara məhz həmin vaxt başlanmalıdır. Arctic Silver xüsusi versiyasında buraxılacaq bütün krossoverlərin ümumi tirajı 450 ədəd olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.