Mercedes-Benz Passion Blog saytı Mercedes-AMG GT 63 S 4-Door Coupe modelinin top versiyasının şəkillərini dərc edib. Fastbək opsional aerodinamik kuzov dəstinə malik olub. Bu dəstin dəyəri 3391 avro təşkil edir. Bu qiymətə daha iri splitter, qara parlaq rəngli antiqanad və daha aqressiv diffuzor daxildir.
Şəkillərdəki GT 63 S 4-Door Coupe modeli Carbon Package və qara parlaq dekor elementləri daxil olan Night Package xarici tərtibat dəstlərinə malikdir. Aero Package dəstinə daxil olan ön bamperin havalandırma dəliklərindəki və arxa tərəfdəki hava yönləndiricilərində əlavə deflektorlar avtomobilə daha aqressiv görkəm bəxş edir.
Fastbəkin kapotunun altında 639 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 4,0-litlik səkkiz silindrli biturbomühərrik yerləşdirilib. Güc aqreqatı AMG Speedshift MCT 9G ötürmələr qutusu ilə tanemdə çalışır. Mercedes-AMG GT 63 S 4-Door Coupe 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir və 315 km/saat maksimal sürət həddinə malikdir.
Mənbə: Mercedes-Benz Passion Blog