Mercedes-AMG GT kupesinin ekstremal versiyası olacaq Black Series modifikasiyası yaxın zamanlarda debüt edəcəkdir.

AMG bölməsinin satış və məhsul idarəetməsi şöbəsinin rəhbəri Maykl Kneller əvvəllər GT Bıack Series kupesinin bu il debüt edəcəyini və ekstremal superkarın istehsalının 2020-ci ilin sonlarında başlayacağını təsdiqləmişdi.

Son zamanlar Mercedes-AMG GT Black Series modelinin kamuflyajlı prototiplərinin casusların obyektivlərinə tez-tez rast gəlməsi, adətən seriya modelinin yaxınlaşan debütündən xəbər verir, amma heç kim bu təqdimatın iyulda baş tutacağını gözləmirdi. 

MB Passion Blog  saytının məlumatına görə, Mercedes-AMG GT Black Series trekinin superkarının dünyəvi təqdimatı 24 iyul tarixində Çində keçiriləcək Çendu Beynəlxalq Avtosalonunda keçiriləcəkdir.

Üstəlik, ekstremal superkar üçün sifarişlərin qəbuluna avtomobilin təqdimatından dərhal sonra, iyul ayında başlanacaqdır. Mercedes-AMG GT Black Series modelinin 700 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz ediləcəyi gözlənilir.