Mercedes-benz şirkəti gələn ay Cenevrə avtosalonunda təqdim etməyə hazırlaşdığı Mercedes-AMG GT Coupe dördqapılı modelinin bir neçə yeni tizerini dərc edib.
Yeni tizerlərdə avtomobilin aerodinamik boruda çəkilmiş təsvirləri vardır. Bu tizerlərdə yeni sedanın aktiv arxa spoylerinin fəaliyyəti göstərilir. Alman istehsalçısı bu spoylerin avtomobilin məhsuldarlığına ciddi təsir etdiyini bildirib. Çox güman ki, imkan verən aktiv spoyler avtomobilin yerəbasma gücünü tənzimləməyərək onun düzlük və döngələrdə daha yeyin olmasını təmin edəcəkdir.
Mercedes-AMG GT Coupe modeli MRA platformasının təkmilləşdirilmiş variantında hazırlanacaqdır. Avtomobilin 805 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz ediləcəyi gözlənilir. Hibrid güc qurğusunun tərkibinə 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərrik, arxa oxda yerləşdirilmiş elektromotor və “yüksək tutumlu və yüngül” batareyalar dəsti daxildir. Sıfırdan 100 km/saat həddinə prototip üç saniyədən az müddətə sürətlənməlidir.