88-ci beynəlxalq Cenevrdə avtosalonu yaxınlaşdıqca yeni modellərin rəsmi şəkillərinin internet şəbəkəsində peyda olması halları intensivləşir. Belə modellərdən biri də maraqla gözlənilən 4-qapılı Mercedes-AMG GT Coupe modelidir. Bu gün bu model üzərindəki sirr pərdəsi qismən qaldırılıb.
Qeyd etmək lazımdır ki, intyernetdə yayılan fotoşəkildən də göründüyü kimi Mercedes-AMG GT Coupe modeli keçən il bu vaxt Cenevrədə nümayiş etdirilmiş GT Concept konseptual liftbekinin üslubunda eksteryerə malikdir. Yeni modelin xarakterik elementlərindən uzun kapot, Panamerica üslubunda olan radiator barmaqlıqları və alman markasının son modellərində gördüyümüz qıyqacı formalı ön fənərləridir. Bundan başqa, avtomobilin kuzovu yeni nəsil Mercedes-Benz CLS-Class modelində olduğu kimi hamar səthə malikdirlər.
Mercedes-AMG GT Coupe modeli MRA platformasının təkmilləşdirilmiş variantında hazırlanacaqdır. Avtomobilin 805 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz ediləcəyi gözlənilir. Hibrid güc qurğusunun tərkibinə 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərrik, arxa oxda yerləşdirilmiş elektromotor və “yüksək tutumlu və yüngül” batareyalar dəsti daxildir. Mercedes-AMG GT Coupe modelinin adi variantının 612 at qüvvəsi hasil edən 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəyi də ehtimallar arasındadır.