Mercedes-AMG bölməsi GT kupesinin top versiyasını təqdim edib. 63 S E Performance indeksini almış kupe 816 at qüvvəsi və 1420 Nm fırlanma anı hasil edən güc qurğusuna malikdir. Onun kapotunun altında 4,0-litrlik V8 benzin turbomühərriki, arxa oxda isə, özündə elektrik mühərriki, ikipilləli ötürmələr qutusunu və yüksək sürtünməli differensialı birləşdirən AMG Electric Drive Unit qurğusu yerləşir.

Kupenin top versiyası 100 km/saata 2,8 saniyəyə sürətlənir - 585 at qüvvəli AMG GT 63 modeli ilk “yüzlüyü” toplamağa 3,2 saniyə, AMG SL 63 S E Performance hibridi  və Mercedes-AMG One hiperkarı isə, 2,9 saniyə sərf edir. Sportkar AMG Performance 4Matic+ tam ötürmə sisteminə malikdir. O, “bərkgedən” rodsterlə eyni 6,1 kilovat-saatlıq  dartma batareyasını bölüşür. Elektrik dartması ilə kupe 13 kilometr məsafə qət edə bilər. Onun elektrik ötürməsi ilə maksimal sürəti 130 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hidravlik xətlərin köməkliyi ilə yana əyilmələrin aktiv boğulması funksiyasına malik olan AMG Active Ride Control asqısı yol səthindəki kələ-kötürləri kompensasiya edir, sıx döngələrdə yırğalanmaları azaldır və ümumi rahatlığı artırır. Bundan başqa, kupenin təchizatına tam idarələnən şassi və daha böyük karbon-keramik əyləclər, həmçinin yenidən tənzimlənmiş aktiv aerodinamika kompleksi daxildir. Yeni versiyanın qiyməti hələlik açıqlanmayıb.  

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.