Formula 1 çempionatının təqvimində fevral ayı, ənənəyə uyğun olaraq, bu çempionatıda çıxış edən komandaların bolidlərinin təqdimatlarının keçirildiyi ay sayılır.

Məlum olduğu kimi, keçən mövsümün çempionu olan Mercedes komandası cümə günü yeni bolidini təqdim etməyə hazırlaşır. Bu gün alman komandası yeni bolidin bir neçə elementi əks etdirilmiş tizerləri dərc etmişdir. W08 indeksini almış bolid, yeni mövsümdə Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmiltona və finlyandiyalı Valteri Bottasa çempionluq titulu uğrunda mübarizədə yardım edəcəkdir. Xatırladaq ki, keçən il çempionluq titulunu qazanmış Niko Rosberq Formula 1 çempionatını tərk etdikdən sonra onu Williams komandasının pilotu olan Valteri Bottas əvəzləmişdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt