Mercedes-AMG Motorsport DTM Team komandası 2017-ci ilin DTM çempionatında iştirak edəcək avtomobillərinin yarış livreyasını təqdim etmişdir.

Bir müddət bundan öncə Ştutqart təmsilçisi rəsmi olaraq yeni mövsümdə iştirak edəcək pilotlarının adlarını açıqlamışdır. Bildiyimiz kimi, yeni mövsümdə hər bir istehsalçı səkkiz əvəzinə altı avtomobillə təmsil ediləcəkdirlər. Buna baxmayaraq, Mercedes-AMG DTM komandasının rəhbərliyi dörd pilotla birdən sağollaşmaq qərarına gəlmişdir. Bunlar - Daniel Xunkandelya, Kristian Fitoris, Feliks Rozenkvist və Maksimillian Götzdür. 

Mercedes-AMG komandasının tərkibindəki yerlərini Qəri Paffett, Pol di Resta, Robert Uikkens və Lukas Auer qoruyub-saxlamışdırlar. Bundan əlavə, «döyüş» pilotlarının tərkibinə 2008-2011-ci illərdə Ştutqart komandasının rənglərini müdafiə etmiş Maro Engel də qatılmışdır. Əvvəl də məlumat verdiyimiz kimi, keçən mövsümü vitse-çempion statusunda başa vuran Edoardo Mortara da Mercedes komandasına keçmişdir.

Lukas Auer, 22, BWT Mercedes-AMG C 63 DTM

Pol di Resta, TV SPIELFILM Mercedes-AMG C 63 DTM

Maro Engel, 63, Energy Drink SILBERPFEIL Mercedes-AMG C 63 DTM

Edoardo Mortara, 48, BWT Mercedes-AMG C 63 DTM

Qəri Paffett, 2, Mercedes me Mercedes-AMG C 63 DTM

Robert Uikkenz,6, Mercedes me Mercedes-AMG C 63 DTM