Mercedes-AMG brendinin səfiri və DTM pilotu Maro Engel 2022-ci ildə Mercedes-AMG One sükanı arxasında Nürburqrinqin “Şimal İlgəyində” qeydə aldığı rekordu yeniləyib. Alman pilot nəinki əvvəlki nəticəsini beş saniyə yaxşılaşdıra bilib, o həm də yol avtomobilləri arasında ilk dəfə olaraq 6 dəqiqə 30 saniyədən aşağı vaxtını qeydə alıb. Nəticədə Engel dövrəni 6:29.090 zamanla başa vurub.

Onun sözlərinə görə, bu uğurun başlıca səbəbi yaxşı hava şəraitinin mövcudluğu olub: Nürburqrinq hava quru olub və onun temperaturu 15 dərəcəyə qədər qalxıb.

Rekord cəhdinə hazırlıq zamanı maksimal icazə verilən dəyərlər seçilərək hiperkarın təkər bucaqları dəyişdirilib. Mexatronika trekdə bir çox üstünlüklər təmin edən ən "döyüş" Race Plus rejiminə keçirilib.

Onunla avtomobil daha güclü şəkildə “yerə yatır”, asqı sıxılır, aktiv aerodinamika sistemi isə, maksimal həddə işləməyə başlayır. Əlbəttə ki, yalnız Race Plus rejimində güc qurğusunun maksimal gücü əlçatandır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Güc qurğusu dörd elektrik mühərriki və 800 voltda işləyən 8,4 kilovat/saatlıq batareya ilə tamamlanan 1,6-litrlik V6 turbomühərrikə əsaslanır. Onun ümumi hasilatı 1063 at üvvəsi təşkil edir. Mercedes-AMG One sıfırdan 100 km/saata 2,9 saniyəyə, 200 km/saata - düz yeddi saniyəyə, 300 km/saata isə 15,6 saniyəyə sürətlənir.

Lakin vaxtı baxımından o, hələ də Lotus Evija X (6:24.047) və Volkswagen ID R (6:05.336) modellərindən geri qalır. Düzdür, bu avtomobillərin hər ikisi prototipdir və onların ictimai yollara çıxışı yoxdur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.