Təkəbbürlü Mercedes-AMG Project One hibridinin təqdimatından 5 il keçib, lakin seriya hiperkarlarının müştərilərə göndərilməsi yenicə başlanıb. Sahibinə göndərilən ilk nüsxənin şəkilləri Mercedes-Benz markasının sosial şəbəkələrdəki səhifələrində peyda olub. “ON1” nömrə nişanlı və Petronas rənglərində yaşıl aksentləri olan hiperkarın konkret kimin alacağı dəqiqləşdirilməyib. Məlumdur ki, bu modeli üç F1 pilotu - Lyuis Həmilton, Niko Rosberq və Dəvid Kulthard sifariş verib.

Hiperkar Mercedes F1 W07 Hybrid bolidindən alınmış güc qurğusu ilə təchiz edilib. Hibrid qurğunun tərkibinə başqa dirsəkli valı, porşen və idarəetmə bloku olan 1,6-litrlik V6 turbomühərriki, dörd elektromotor və səkkiz diapazonlu robotlaşdırılmış ötürmələr qutusu daxildir. Güc aqreqatı ümumilikdə 1000 at qüvvəsi hasil edir. 

Image alt Image alt Image alt

Hiperkar 8,4 kilovat-saatlıq batareyaya malikdir. Batareya 800 voltluq cərəyan altında işləyir və konstruksiyasına görə F1 bolidlərində istifadə olunan batareyaya bənzəyir. Hiperkar 100 km/saata 2,9, 200 km/saat həddinə isə altı saniyəyə sürətlənir. Onun maksimal sürəti 350 km/saatdır. Cəmi 275 ədəd belə avtomobil istehsal ediləcəkdir. Artıq bütün avtomobillərin satıldığı söylənir. Hər bir avtomobilin qiyməti 2,3 milyon avro təşkil edir.

 ©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.