Bu günlərdə İnternet şəbəkəsində gələcək Mercedes-AMG Project One hiperkarının maraqlı renderi dərc edilmişdir. Bildiyimiz kimi, Mercedes-Benz şirkətinin ilk hiperkarının rəsmi təqdimat mərasimi bu ilin payızında Frankfurtda keçiriləcək avtosalonda baş tutacaqdır. Hiperkarın buraxılışı AMG şirkətinin 50 illik yubileyinə həsr edilmişdir.
Dünya avtomobil bazarının mütəxəssisləri avtomobilin necə olacağı barədə mülahizə yürütmək cəhdinə əl atmışdırlar. Hazırlanmış Render alman istehsalçısı tərəfindən təqdim edilmiş tizerlərin əsasında yaradılmışdır. Ehtimallar görə, Mercedes-AMG Project One hiperkarı yarış sportprototiplərinin cizgilərinə malik olacaqdır.
Bir müddət bunadan əvvəl, alman şirkəti yeni hiperkarın 1000 at qüvvəli hibrid güc aqreqatı ilə hərkətə gələcəyini bildirmişdirr. Hibrid qurğunun tərkibinə Mercedes-AMG W07 Hybrid Formula 1 bolidindən alınmış 1,6-litrlik V6 turbomühərriki, bir elektromotor və dartma qüvvəsinin bölüşdürülməsi qabaqcıl funksiyasına malik olan tam ötürməli sistem daxil olacaqdır.
Böyük ehtimalla F1 mühərriki arxa təkərlərin hərəkətə gətirilməsinə cavabdeh olacaqdırlar. Ön tərəfdə yerləşəcək elektrik mühərriki isə, öz növbəsinə ön təkərləri hərəkətə gətirəcəkdir. Hiperkarın ehtimal olunan qiyməti 2,4 milyon avro olmalıdır. Əvvəllər hiperkarın bütün tirajının satıldığı bildirilmişdir.
