Mercedes-Benz şirkəti Mercedes-AMG Project One superhibridinin əmtəə variantının ümumi yollardakı sınaqlarına başlayıb. Mühəndislər son bir neçə ay ərzində avtomobilin hybrid güc qurğusunu adi yollara adaptasiya etməklə məşğul olublar.
Avtomobilin yaradılması üzrə işlərin bir hissəsi virtual mühəndislikdən istifadə edilərək rəqəmsal məkanda həyata keçirilib. Bu metod real sistemlərin geometric və fiziki xüsusiyyətlərini dəqiqliklə imitasiya və avtomobilin konstruksiyasına edilən dəyişikliklərin yeyin şəkildə tətbiq etməyə imkan verib. Bundan əlavə, virtual mühəndislik aralıq prototiplərin yaradılmasını ixtisara salaraq, son məhsulun buraxılması müddətini tezləşdirmiş olur.
Sonradan mühəndislər hiperkarın güc elektronikası və hybrid sistemin digər komponentləri ilə təchiz edilmiş mühərrikini Briksvortdakı (Böyük Britaniya) dinostendə yarış rejimində sınaqdan keçiriblər. Hazırda şirkət seriyaöncəsi proyoyiplərin müxtəlif yarış treklərində və bağlı meydançalarda sınaqlarına start verib.
Mercedes-AMG Project One superhibridi keçən ilin sentyabrında keçirilmiş Frankfurt avtosalonunda debüt edib. Avtomobil Mercedes F1 W07 Hybrid bolidinin hybrid güc qurğusu ilə təchiz ediblər. Qurğunun tərkibinə 1,6-litrlik turbomühərrik, səkkiz pilləli “robot”, beş elektromotor və litium-ion batareyaları daxildir. Qurğunun ümumi gücü 1000 at qüvvəsinin üzərindədir.