Rolls-Royce, Bentley, Ferrari və bir çox digər bahalı avtomobil istehsalçıları son illərdə ən zəngin auditoriyanın xüsusi sifarişləri ilə kiçik seriyalı və eksklüziv avtomobillərin yaradılması təcrübəsini canlandırıb və bununla da müxtəlif tüninq atelyelərinin kefinə soğan doğrayıblar. Artıq Mercedes-Benz də bu istiqamətdə fəaliyyətə başlayıb. İki il əvvəl belə kolleksiya avtomobilləri üçün Mythos Series çeşidi yaradılıb və indi ilk model - Mercedes-AMG PureSpeed spayderi təqdim olunub.

2021-ci ildə debüt edən cari nəsil Mercedes-AMG SL R232 seriya modelinin “paltarını dəyişdirmək” üçün Mercedes-Benz mütəxəssislərinə iki il gərək olub. Ön və arxa tərəfin dayaqları dəyişdirilib, yastı burun Mercedes-AMG One hiperkarına nəzər salınaraq hazırlanıb, lakin bütün işıqlandırma texnikası dəyişilməz qalıb, qapılara toxunulmayıb, qanadlar isə, demək olar ki, dəyişməyib. Karbon lifindən hazırlanmış aerodinamik elementlər kuzovun perimetri boyunca quraşdırılıb.

PureSpeed modelinin əsas xüsusiyyəti damdan və alın şüşələnmədən tamamailə imtinadır. Hətta ön şüşənin əvəzinə yığcam deflektorlar quraşdırılıb, təhlükəsizliyə isə, təkcə oturacaqların arxasındakı qövslər deyil, həm də Formula 1 bolidlərindəki HALO sisteminə nəzər salınaraq hazırlanmış və oturacaqlar arasında quraşdırılmış iri bənd vasitəsilə təmin edilir. Dəstə spayderin özü ilə eyni rənglərə boyanmış iki dəbilqə daxildir. Planlaşdırıldığı kimi, Mercedes-AMG PureSpeed təxminən Formula 1 ilə eyni hərəkət hisslərini verməlidir.

Hələlik spayder konsept-kar statusunda təqdim edilib, buna görə də onun salonu nümayiş olunmayıb. Çox güman ki, spayderin interyeri donor modeli ilə eynidir, çünki əks halda almanlar mütləq bununla öyünərdilər. Yalnız ön paneldə IWC Schaffhausen xronometrinin quraşdırıldığı bildirilir. Arxa oturacaq sırası ləğv edilib. Texniki hissə haqqında da ümumiyyətlə heç nə məlum deyil. Çox güman ki, spayder ya 4,0-litrlik V8 biturbo mühərrikli (585 at qüvvəsi) SL 63 versiyasına və ya SL 63 S E Performance hibridinə (816 at qüvvəsi) əsaslanır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-AMG PureSpeed spayderi xüsusi olaraq həvəskarlar və kolleksiyaçılar üçün 250 nüsxəlik tirajla buraxılacaq. Hazır avtomobillər yalnız 2025-ci ildə peyda olacaqlar. Avtomobilin qiyməti açıqlanmayıb, lakin hətta adi Mercedes-AMG SL 63 rodsteri hazırda ən azı 195 min avroya başa gəlirsə, hibrid versiya üçün isə, 224 min avrodan tələb olunursa, o zaman kiçik tirajla buraxılacaq PureSpeed üçün əlbəttə ki, ən azı yarım milyon avro istəniləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.