Hələ 2022-ci ildə Mercedes-Benz eksklüziv Mythos Series modellərinin yaradılacağını elan etmişdi və keçən yaz bu ailənin ilk nümayəndəsi - Mercedes-AMG PureSpeed spayderi təqdim olunmuşdu. Lakin o zaman avtomobil konsept statusuna malik idi və şirkət texniki detalları açıqlamamışdı. Yalnız indi eksklüziv superkar bütün detallar ilə birlikdə təqdim olunub.

Mercedes-AMG PureSpeed spayderi hazırkı R232 nəslindən olan Mercedes-AMG SL kabrioletinə əsaslanır. Onu eksklüziv hala gətirmək üçün, alçaq "köpək balığı" burnu da daxil olmaqla, ön və arxa tərəfin dayaqlarını dəyişdirmək lazım gəlib. 

Bununla belə, bütün işıqlandırma avadanlıqları standart olaraq qalıb. Bundan əlavə, kuzovun aşağı perimetri boyunca karbonplastikdən hazırlanmış aerodinamik kuzov dəsti quraşdırılıb. Seriya avtomobilindən əsas fərq isə, dam və ön şüşədən imtinadır.

Onların əvəzinə, Formula 1 avtomobillərindəki HALO sisteminə bənzəyən yığcam deflektor və iri bənd quraşdırılıb, qorunub saxlanılan arxa cərgənin arxasında isə, axıntılı korpuslardakı iri təhlükəsizlik qövsləri var. Karbonplastikdən örtmələri olan təkər disklərinə öndə 275/35 R21, arxada isə, 305/30 R21 ölçülü şinlər taxılıb.

PureSpeed üçün xüusi olaraq aerodinamik cəhətdən optimallaşdırılmış dəbilqələr yaradılıb. Onlar, sürücü və sərnişinin istənilən sürətlərdə əlaqə saxlamasına imkan verən daxili rabitə sisteminə malikdirlər.

Bundan əlavə, qəbliqər smartfonların qoşulmasını və musiqi dinlənməsini dəstəkləyir. Dəbilqələrin rəngi kuzovun seçilmiş boyanma sxeminə tam uyğun gəlir. Mercedes-AMG PureSpeed spayderi üçün əsas rəng kimi zəngin qırmızı seçilib və bunun özünəməxsus səbəbi də var.

Düz 100 il əvvəl Siciliyada keçirilmiş Targa Florio yarışında qalib gələn Mersedes məhz dolğun qırmızı rəngdə idi, baxmayaraq ki, həmin dövrlərdə alman yarış avtomobilləri ağ rəngə boyanırdılar, qırmızı isə, italyan avtomobillərinin əlaməti idi.

Belə ki, Mercedes komandası tez-tez alman avtomobillərinin trası keçməsinə mane olan həddindən artıq coşqun italyan azarkeşləri aldatmaq üçün etmişdi. Məlum məsələdir ki, almanların hiyləsi uğurlu oldu!

Mercedes-AMG PureSpeed spayderinin interyeri, bir qədər dəyişdirilmiş tərtibat materialları istisna olmaqla, ümumiyyətlə adi SL kabrioletinin interyerini təkrarlayır. Bununla belə, eksklüziv avtomobil  üçün interyerin geniş çeşidə fərdiləşdirilməsi proqramı hazırlanıb.

Avadanlıq baxımından əsas fərq isə, İsveçrənin məşhur IWC şirkətinin xarakterik bezeli ilə bəzədilmiş xronometrdir. Onun sadələşdirilmiş karbonplastikdən kurpusu stilistik olaraq HALO bəndinə bənzəyir. 

Standart paketə salon üçün xüsusi çexollar daxildir: onlardan birincisi pis hava şəraiti, digəri isə, avtomobilin uzunmüddətli saxlanması üçün (antistatik effekti olan) nəzərdə tutulub.Texniki baxımından heç bir yenilik yoxdur.

Mercedes-AMG PureSpeed hibrid üstqurumu olmayan Mercedes-AMG SL 63 kabrioletini təkrarlayır. Standart 4,0-litrlik V8 biturbo benzin mühərriki (585 at qüvvəsi, 800 Nm) klassik hidrotransformatorun əvəzinə yaş mufta malik olan 9-pilləli AMG Speedshift MCT 9G avtomatik transmissiya ilə tandemdə çalışır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tam ötürmə və tam idarələnən şassi hidravlik stabilizatorlara və karbon-keramik əyləclərə malikdir. Spider də seriya kabriolet kimi, 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir və 315 km/saatlıq maksimal sürətə malikdir.

Mercedes-AMG PureSpeed spayderi 250 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaq. Məlum məsələdir ki, hər bir nüsxənin qiyməti fərdi qaydada təyin ediləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.