Mercedes-AMG şirkəti yenilənmiş C 43 sedan və universalını təqdim edib. “Qaynar” modellər əvvəlki kimi 3,0-litrlik turbomühərriklə təchiz edilir. Lakin, yenilənmədən sonra mühərrikin gücü artırılıbdır.
Yenilənmiş Mercedes-AMG C43 modellərinin 3,0-litrlik altı silindrli turbomühərriki 390 at qüvvəsi və 520 Nm fırlanma hasil edir. Mühərrik əvvəlkinə nisbətən 23 at qüvvəsi güclü olsa da, onun fırlanma anı dəyişilməz qalıb – 520 Nm. Güc aqreqatı doqquz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. “Qaynar” sedan yerindən 100 km/saat həddinə 4,7, universal isə 4,8 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
Yenilənmiş sedan və universallar 4Matic tam ğtürməli çəkiş sistemi ilə təchiz edilir. Adi halda mühərrikin fırlanma anı oxlar arasında arxa oxun xeyrinə 31:69 nisbərində bölünür.
Opsional olaraq Mercedes-AMG C43 4Matic modeli üçün Track Pace sistemi təklif ediləcəkdir. Bu sistem hər 10 saniyədən bir telemetriyanı qeydə alaraq sürücüyə dövrəni yeyin və ya yavaş qət etdiyi barədə məlumat veir. Bu məlumatlarla sosial şəbəkələrdə də bölüşmək olar.
Yenilənmiş Mercedes-AMG C43 4Matic modelinin təchizatına xüsusi təkər diskləri, rəqəmsal cihazlr paneli, AMG sükan çarxı, adaptiv amortizatorlar, idarəetmə elektronikasının rejimlərini dəyişən sistem və salon daxilindəki şəraitin sürücünün əhval-ruhiyyəsinə uyğunlaşdıran funksiya daxildir. Bu funksiya klimat-kontrolun, işıqlandırmanın audiosistemin işinə müdaxilə edir.