Bu il 50 illik yubileyini qeyd edən Mercedes-AMG şirkəti Yaponiyada «bərkgedən» Mercedes-AMG G63 modelinin 50th Anniversary Edition adını almış xüsusi modifikasiyasını təqdim etmişdir.
Cəmi 50 ədəd avtomobilin buraxılması nəzərdə tutulmuşdur ki, bu seriyadan olan avtomobillərin hər biri 22,2 milyon yendən satılacaqdır. Əlli avtomobilin əllisi də Yaponiyada Mauritius Blue eksklyuziv rənginə boyanacaqdırlar. Bundan başqa, «qaynar» ofroder ön və arxa bamperin, təkər tağlarının, yan güzgülərin, damın və ehtiyat təkərin qapağının qara rəngli tərtibatı isə seçiləcəkdir. Eyni zamanda, məhdud sayda buraxılacaq ofroder 22-düymlük unikal təkər disklərini də əldə edəcəkdir.
Mercedes-AMG G63 50th Anniversary Edition modelinin salonunun tərtibatında tikişləri olan yüksək kefiyyətli dəridən istifadə olunacaqdır. Sifarişçilər dörd eksklyuziv tərtibat rəngindən birini seçmək imkanına malikdirlər. Misal üçün, avtomobilin salonu qara və ya qəhvəyi dəri ilə üzlənə bilər. Digər bir variant isə, açıq-qəhvəyi rəngli dərinin qara və ya tünd-qəhvəyi dəri ilə uyğunlaşdırılmasını nəzərdə tutur. Tərtibatından asılı olmayaraq, ofroderin salonunda Mauritius Blue rəgnli tikişlər mövcud olacaqdır.