Yeni Mercedes-AMG SL rodsterinin modifikasiya çeşidi üçə qədər artıb: 4,0-litrlik V8 biturbo mühərriki olan SL 55 4Matic + və SL 63 4Matic + top versiyalarına 2,0-litrlik benzin "turbodördlüyü" ilə təchiz edilmiş "43" indeksli baza versiyası qatılıb. Bu, demək olar ki, Formula 1 bolidlərindəkinə bənzəyən elektrik turbokompressoru olan ilk seriya avtomobildir. Rodsterin dördsilindrli mühərriki 381 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edir və onu 100 km/saat həddinə 4,9 saniyəyə sürətləndirir.

Mercedes-AMG SL 43 rodsteri A 45 hetçbeki və Lotus Emira sportkarında quraşdırılan dördsilindrli M 139  turbomühərrikinə sahıb olub. Mühərrik 48-voltluq elektrik sistemi, kəmərli ötürməsi olan startyor-generator və sənayedə ilk dəfə olaraq, elektrik turbokompressoru ilə təchiz edilib.

Rodsterin turboüfürmə sistemi avtoidmanı dünyasından texnologiya transferinin bariz nümunəsidir. Sistem Mercedes-AMG Petronas komandasının və High Performance Powertrain mühəndislərinin dəstəyi ilə hazırlanıb və bütün dövrələrdə idman avtomobilini fenomenal həssaslıq ilə təmin edir.

Mercedes-AMG tərəfindən hazırlanmış sistemdə elektrik mühərriki turbin və kompressor çarxları arasında, turbokompressorun valında quraşdırılıb (oxşar sxemdən Garrett də istifadə edir). Turbin 170.000 dövr/dəqiqəyə qədər sürətlənir, elektrik mühərriki və güc elektronikası ilə birlikdə daxili yanma mühərrikinin soyutma dövrəsinə qoşulur.

"Turbodördlüyün" hasilatı 381 at qüvvəsi və 480 Nm fırlanma anıdır, kəskin sürətlənmə zamanı isə, əlavə 14 at qüvvəsini starter-generator təmin edir. Mühərrikin dartma qüvvəsi hidrotransformatorun əvəzinə çoxdiskli “yaş” muftası olan AMG Speedshift MCT 9G “avtomatı” vasitəsi ilə arxa təkərlərə ötürülür.

Mercedes-AMG SL 43 modeli 100 km/saat həddinə sürətlənməyə 4,9 saniyə sərf edir. Müqayisə üçün, SL 55 4Matic+ və SL 63 4Matic+ modellərinə bu tapşırığı yerinə yetirmək üçün müvafiq olaraq, 3,9 və 3,6 saniyə gərəkdir. Maksimal sürət - 275 km/saatdır. Aerodinamikanı yaxşılaşdırmaq üçün, rodsterin bamperinə, AMG GT modelində olduğu kimi, aktiv Airpanel çəpərcikləri inteqrasiya olunub.

Arxa spoyler beş mövqeyə malikdir - o, avtomobili asfalta sıxır və ya 80 km/saatdan sonra hava müqavimətini azaldır. Aerodynamics Package paketi əlavə ödəniş müqabilində quraşdırılır: paketə bamperlərdəki “qanadlar”, böyüdülmüş diffuzor və spoylerin fərqli iş alqoritmi (məsələn, hücum bucağı 22-dən 26,5 dərəcəyə qədər artır) daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Mercedes-AM SL rodsterinin oturacaq formulu 2+2-dir. Bununla belə, ikinci sıra sırf nominaldır: orada boyu 150 santimetrdən çox olmayan sərnişinlər otura bilərlər, buna görə də, ikinci cərgədən daha çox baqajın yerləşdirilməsi üçün istifadə olunacaqdır. Mercedes-AMG SL 43 modelinin standart təchizatına rəqəmsal cihazlar paneli, sensorlu displeyi olan MBUX sistemi, elektriklə tənzimlənən oturacaqlar və yaylı passiv asqı daxildir.

Opsiyalar siyahısında tam idarələnən şassi, arxa oxdakı elektronika tərəfindən idarə olunan differensial, kompozit əyləclər, klirensin 10 millimetr azaldılması və manufaktur proqramı da daxil olmaqla salonun müxtəlif dekorativ tərtibat variantları var.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.