Monterey Avtomobil Həftəsinin başlanması münasibəti ilə, Mercedes-AMG bölməsi SL 63 4Matic+ rodsterinin məhdud tirajlı Manufaktur Big Sur versiyasını hazırlayıb.

Sakit Okeanın sahilindəki gün batımı rənginə boyanmış rodster (manufaktura rəngi Orange Flame Metallic adlanır) ön tərəfin qaldırılması funksiyası, AMG Dynamic Plus paketi (mühərrikin aktiv dayaqları, elektron idarə olunan differensial, 10 millimetr endirilmiş klirens və Race hərəkət rejimi), yana əyilmələrin qarşısını alan hidravlik sistemə malik olan AMG Active Ride asqısı, həmçinin elektron köməkçilər dəsti ilə təchiz edilib.

Big Sur versiyasının unikal kuzov rəngi AMG Exterior Chrome Package xrom bəzəyi, qara dam, qara rəngli əyləc supportları və 21-düymlük təkər diskləri ilə ahəng təşkil edir. Rodsterin salonu masaj funksiyalı çoxkonturlu oturacaqlar və yüksək iplikləri olan yumşaq ayaqaltılar ilə təchiz edilib.

Oturacaqlar, sükan çarxı, dirsəkaltı, qapının mərkəzi bölmələri və ön panelin aşağı hissəsi əl ilə tikilmiş Mystic Red nappa dərisi ilə üzlənib. Əlbəttə ki, söhbət “manufaktura” tərtibatından gedir.

Image alt Image alt Image alt Image alt Image alt

Kapotun altında SL 63 4Matic + modelinin üçün standart olan 585 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki yerləşir. Transmissiya - AMG Speedshift MCT 9G avtomatık ötürmələr qutusudur. Rodster yerindən 100 km/saata 3,6 saniyəyə sürətlənir, onun maksimal sürəti isə  315 km/saatdır.

Belə SL 63 rodsterini yalnız ABŞ-da satın almaq mümkündür. Əslində, bu rodster gələn il SL ailəsi üçün istifadəyə veriləcək Manufaktur proqramının imkanlarının nümayiş etdirmək üçün nəzərdə tutulub. Müştərilər üçün üç kuzov boyası və iki interyer tərtibatı variantı təklif olunacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.