Mercedes-AMG bölməsi Formula 1 çempionatının 2022-ci il yarış mövsümünün başa çatmasını SL 63 4Matic+ rodsterinin xüsusi nəşrinin buraxılışı ilə qeyd edib. Yeni nəşr Motorsport Collectors Edition adlanır və 100 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Avtoidman seriyasından olan sportkar dekorasiyası və standart avadanlığı ilə seçilir, lakin onun mühərriki adi versiya ilə eynidir – bu, 4,0-litrlik V8 biturbo mühərrikidir.

Motorsport Collectors Edition nəşri 4.0 V8 biturbo mühərriki (585 at qüvvəsi, 800 Nm) və AMG Speedshift MCT 9G “avtomatı” ilə təchiz edilmiş Mercedes-AMG SL 63 4Matic + top modelinə əsaslanır. Xüsusi seriyadan olan rodster W11 və W12 formula bolidlərinə bənzəyir: oxşarlıq gümüşdən qaraya qradient keçidi, Petronas Green aksentləri və üç şüalı firma ulduzların səpələnməsi şəklində qrafikadan istifadə etməklə əldə edilir.

SL 63 kolleksiya rodsteri standart olaraq AMG Aerodynamics paketi ilə təchiz edilib. Bu dəst ön və arxadakı böyüdülmüş burulğan yaradanlar, yeni diffuzor və hava axını yaxşılaşdırmaq üçün fərqli profilli olan altlıq daxildir. Tünd vurğular - AMG Night Package və AMG Night Package II paketlərinin xidmətidir. Bundan əlavə, rodsterin təchizatına 21 düymlük təkər diskləri, qara yumşaq tavan, nappa və mikrofiber üzlüklü AMG Performance oturacaqları, Burmester səs sistemi, telemetriya və proyeksiya displeyi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobil ilə birlikdə bonus olaraq, flanel içlikli olan sintetik çexol-tent verilir. Bundan əlavə, hər bir rodster oğurluğa qarşı Guard 360° qabaqcıl sistemi ilə təchiz edilir. Sistem salona və ətraf mühitə nəzarət etmək üçün kamera və sensorlardan istifadə edir. Mercedes-AMG SL 63 4Matic+ Motorsport Collectors Edition rodsterinin tirajı 100 nüsxə ilə məhdudlaşacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.