Mercedes-AMG S65 modelinin kapotunun altında yerləşən 630 at qüvvəli 6,0-litrlik V12 turbomühərriki dünyanın ən möhtəşəm güc aqreqatlarından biridir. Buna baxmayaraq, alman istehsalçısı bu mühərrikdən imtina etməyi düşünür. Bu barədə Paris avtosalonunda Avstraliyanın “Go Auto” nəşrinə müsahibə verən Tobias Moers söyləyib.
“Qaynar” Mercedes-AMG A35 hetçbekini təqdim edən AMG bölümünün rəhbəri aprel ayında səsləndirdiyi məlumatı bir daha təsdiq edib – V12 mühərriki ölüm döşəyindədir! “Biz portfoliomuzdan S65 modelini çıxardacağıq”, - Moers avstraliyalı jurnalistlərə söyləyib.
Moesr əsəs istiqamətin 4,0-litrlik V8 biturbo mühərrikinin əsasında yaradılacaq hybrid güc qurğusuna yönəldiyini də bildirib. Onun sözlərinə görə, hybrid sistem 4,0-litrlik mühərrikin effektivliyini yüksəldəcəkdir. Tobias Moers eyni zamanda 63 indeksli AMG modellərinin güc aqreqatlarının iş həcminin 6,3 litrdən 5,5-litrə, sonra isə 4,0-litrə qədər azaldıldığını da xatırladıb.