İki gün bundan öncə, Mercedes-Benz şirkətinin “bərkgedən” avtomobillərin buraxılmasına cavabdeh olan AMG bölməsi ikinci nəsil G-Class ofroderinin “qaynar” modifikasiyası olan G 63 ofroderini təqdim edib. Bu gün isə, alman istehsalçısı Mercedes-AMG G63 modelinin məhdud sayda buraxılacaq Edition1 xüsusi seriyasını nümayiş etdirib.
Ənənəvi olaraq Edition 1 versiyası modelin istehsalına başlanan gündən 12 ay müddətində təklif edilir. Bu müddət bitdikdən sonra xüsusi seriyadan olan avtomobillərin satışına son verilir. Beləliklə, Edition 1 seriyasından olan avtomobillər tutqun qara rəngə boyanmış və qırmızı haşiyələrə malik olan eksteryeri ilə seçilir.
Dərc edilmiş təsvirlərdən də göründüyü kimi, Mercedes-AMG G63 Edition 1 modellərinin qara rəngə boyanmış təkər diskləri və yan güzgüləri qırmızı haşiyələrə malikdirlər. Üstəlik, ön işıq texnikası tündləşdirilmiş daxili tərtibata sahibdirlər. Radiator barmaqlığı da iki rəngli sxemə malikdir.
İki rəngli sxemdən avtomobilin interyer tərtibatında da istifadə edilib. Ofroderin qara dəri ilə örtülmüş oturacaqları qırmızı dərindən olan xüsusi haşiyələrə malikdir. Modelin qapı panellərinin və oturacaqlarında qırmızı sapla edilən tikişləri də müşahidə etmək olar. Edition 1 modelinin sükan çarxı da o zonasını göstərən xüsusi qırmızı işarəyə sahib olub. İnteryer tərtibatında tünd qəhvəyi rəngli karbon elementlərdən də istifadə edilibdir.
Mercedes-AMG G 63 modeli 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli biturbo mühərrik ilə təchiz edilir.
Güc aqreqatı örütmələri sükanaltı dəstəklər vasitəsi ilə həyata keçirməyə imkan verən doqquz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.