Əl ilə tikilən ayaqqabı və dəridən hazırlanmış aksessuarların istehsalçısı kimi tanınan italyan Santoni firması Mercedes-AMG SL modeli üçün çantalar dəstini hazırlayıb. Çantalar rodsterin oturacaqlarının üzləndiyi Nappa dərisindən hazırlanır və sportkarın kiçik baqaj bölümündə ideal şəkildə yerləşirlər. Çantalar dəsti üç müxtəlif rəngdə sifariş edilə, ayrı-ayrılıqda və ya 4925 dollar qiyməti olan dəst şəklində satıla bilərlər.
Mercedes-AMG və Santoni firmasının əməkdaşlığı 2005-ci ildə, FIA tərəfindən omoloqasiya edilmiş yarış ayaqqabılarının və gündəlik çəkmələrin buraxılışı ilə başlanıb. Hazırda AMG bölməsi Santoni brendi altında qadın və kişi idman ayaqqabılarını, çanta və baqaj birkaları kimi kiçik dəri aksessuarları buraxır.
Kataloqa edilən son əlavə Mercedes-AMG SL modelinin sahibləri üçün nəzərdə tutulmuş çanta dəstidir. Çanta dəsti Nappa dərisindən hazırlanır və sportkarın kiçik baqaj bölümündə yerləşirlər.
Kolleksiya üç predmetdən ibarətdir: nesesser, rükzak və yol çantası. Onların hər biri üç rəngdən birində (istiot qırmızısı, qara və qəhvəyi) ola bilərlər. Predmetləri ayrı-ayrılıqda və 4925 dollarlıq dəst şəklində əldə etmək olar. Yol çantasının ölçüləri 63x28x35 santimetrdir – yəni, belə çanta qısa səyahətlər üçün yararlıdır.
Çantanın daxilində paltar ilə təmas etməməli olan ayaqqabı və digər əşyalar üçün ayrıca bölmə var. Belə ciblər nesesser və rükzak da var və bu onlardan istifadəni rahat edir. Çantalar əl ilə hazırlandıqlarına görə, onları yalnız öncədən sifariş etməklə almaq mümkündür. Dəstin hazırlanmasına 12 həftə vaxt tələb olunur.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.