Mercedes-AMG bölməsi Nyu Yorkda keçirilən avtosalonda yenilənmiş GLC və GLC Coupe modellərinin "bərkgedən" AMG versiyalarını təqdim edib.“Bərkgedən” krossoverlər əvvəlki kimi 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilirlər. “Quru” karteri olan bənzər mühərrikdən Mercedes-AMG GT sportkarında istifadə edilir.
Krossoverlərin mühərrikləri iki güc variantında təqdim ediliirlər. Standart olaraq, mühərrikin gücü 476 at qüvvəsi və 650 Nm fırlanma anı təşkil edir. Daha güclü S variantları isə 510 at qüvvəsi və 700 Nm fırlanma anı olan mühərriklə təchiz edilirlər. Hər iki halda, güc aqreqatı 9-pilləli AMG Speedshift MCT ötürmələr qutusu ilə birlikdə çalışır.
Yerindən 100 km/saat həddinə 476 at qüvvəli Mercedes-AMG GLC 63 krossoveri 4,0 saniyəyə, Mercedes-AMG GLC 63 S variantı isə 3:8 saniyəyə sürətləniirlər. Modelin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Eyni dinamik xarakteristikaları “qaynar” Mercedes-AMG GLC 63 Coupe modelinə də şamil etmək olar.
“Bərkgedən” krossoverlər Mercedes-AMG E 63 sedanında debüt etmiş 4Matic+ tam çəkiş sistemi ilə təchiz edilirlər. AMG mütəxəssisləri həmçinin avtomobilin çoxkameralı pnevmatik asma sistemini də yenidən işləmişdirlər. Art;q elektronika tərəfindən idarə edilən differensial hər iki modifikasiya üçün standart avadanlıqdır. AMG Dynamic sistemi isə yaş yolda idarəni asanlaşdıran yeni Slippery rejiminə sahib olub.
Mercedes-AMG GLC 63 modelinin təchizatına 19-düymlük təkər diskləri, dəyişən gücü olan sükan sistemi və 390 millimetrlik havalındırmalı əyləc mexanizmləri daxil edilmişdir. Avtomobillərin S variantları əlavə olaraq 21 düymlük təkər diskləri ilə təchiz edilirlər. Opsiyalar arasında karbon-saxsı əyləc mexanizmləri vardır.
Yenilənmiş “bərkgedən” krossoverləri yeni radiator barmaqlığı, işıqdiodlarından hazırlanmış ön və arxa fənərlərin yeni tərtibatı, S versiyasının tutqun rəngli dekoru sayəsində tanımaq olar. Salonda idman oturacaqları, 10,25-düymlük displeyi olan MBUX multimedia sisteminin və cihazlar panelinin xüsusi Classic, Sport və Supersport tərtibatını görmək olar. S modfikasiyaları dəri salonun qırmızı haşiyələri, başlıqlardakı AMG loqotipləri və opsional AMG Performance oturacaqları ilə seçilirlər.