Mercedes-Benz şirkəti alman markasının 130 illik yubileyinə həsr edilmiş S 63 AMG kabrioletinin xüsusi seriyasını buraxacağını bəyan etmişdir. Yubiley nəşrindən olan kabrioletlər 130 ədəd sayda istehsal ediləcəkdir. Mercedes-AMG S63 Cabriolet Edition 130 versiyasının kuzovu gümüşü rəngə boyanmış, tünd qırmızı rəngli yumşaq tavanla, 20-düymlük disklərlə və əyləc sisteminin qırmızı dəstəkləri ilə təchiz edilmişdir. Avtomobilin salonu da tünd qırmızı rəngli dəri ilə örtülmüşdür.

Bundan əlavə, Mercedes-AMG S63 Cabriolet’in salonunda xüsusi versiyanı fərqləndirən «Edition 130» sözləri yazılmış və sıra nömrəsi olan lövhəciklər quraşdırılmışdır. Fotoşəkildə təsvir edilmiş avtomobilin 1 nömrəli avtomobil olduöu görünür. Bərkgedən xüsusi kabrioletin mühərriki dəyişikliklərə məruz qalmamışdır. Tam çəkişli avtomobilin kapotunun altında 585 at qüvvəli 5,5-litrlik ikiqat turbokompressorlu V8 mühərriki yerləşdirilmişdir. Güc aqreqatı 9 pilləli avtomat sürətlər qutusu ilə birləşdirilmişdir və kabrioleti 100 km/saat həddinə 3,9 saniyəyə sürətləndirir.

Kabrioletin Almaniyadakı satışları bu ilin aprel ayından başlayır. Xüsusi kabrioletin qiyməti  226 457 avro təşkil edir. Adi S63 AMG kabrioleti ilə xüsusi versiyanın qiymət fərqi 39 000 avro təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt