Mercedes-Benz şirkəti AMG atelyesinin qarşıdan gələn 50 illik yubileyini yeni hiperkarla qeyd etmək niyyətindədir. Alman istehsalçısı bu məqsədlə Mercedes-AMG R50 adlı yeni layihəyə start vermişdir. Bu barədə məlumatı “Autobild” dərgisinə istinadən “GTSpirit” saytı yaymışdır.

İlkin məlumata görə, yeni hiperkar ümumi gücü 1300 at qüvvəsi olan hibrid güc aqreqatı ilə hərəkətə gələcəkdir. Bu qurğunun tərkibinə hər biri 150 at qüvvəsi olan iki elektromotor və oxlar arasında yerləşdirilmiş 2,0-litrlik dörd silindirli benzin turbomühərriki daxil olacaqdır. Elektrik mühərrikləri ön təkərlərin hərəkətə gəlməsinə cavabdeh olacaqdırlar. Avtomobilin çəkisi təxminən 1300 kiloqram təşkil etməlidir. İki nəfər üçün nəzərdə tutulmuş salona malik olan avtomobil karbon monokokun ətrafında yığılacaq, karbonplastikdən hazırlanmış iri arxa antiqanada, tam idarələnən şassiyə və hər bir təkərə ayrıca nəzarət edə bilən adaptiv asqı sisteminə malik olacaqdır.

Yeni hiperkarın əsas rəqibləri Bugatti Chiron və Aston Martin şirkətinin Red Bull komandası ilə birgə hazırladığı AM-RB-001 hiperkarları olacaqdır. Mercedes-AMG R50 modelinin satış qiyməti 2-3 milyon avro arasında olmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt