Avtomobilin inşası Pagani və De Tomaso şirkətləri ilə əməkdaşlıq edən alman HWA şirkəti tərəfindən həyata keçirilir. Əsas olaraq adi Mercedes-Benz 190 sedanı götürülür, avtomobil tamamilə sökülür, möhkəmləndirilir və karbondan hazırlanmış kuzov ilə təchiz edilir.
HWA mühəndislik firmasının portfelində Apollo Intenza Emozione, Pagani Huayra R və De Tomaso P72 kimi layihələr var. Onlarla müqayisədə HWA EVO sedanı bir az adi görünür, baxmayaraq ki, işlənmə səviyyəsi və qiymət barədə bunu söyləmək olmaz. Mercedes-Benz 190E 2.5−16 Evo II restomodu üçün ən azı 714 min avro ödəmək gərəkdir. Üstəlik, restomodun tirajı 100 nüsxə ilə məhdudlaşacaq.
HWA EVO adi Mercedes 190 (W201) sedanına əsaslanacaq, çünki ağlı başında olan heç kim Evo II kolleksiya avtomobilini restomoda çevirməz. Donorun çərçivəsi inteqrasiya olunmuş karkas ilə möhkəmləndiriləcək, asqı isə, sərt sferik birləşmələri olan ikiqat qollara malik olacaq.
Avtomobilin aerodinamik tunelində üfürülən kuzovu karbon lifindən hazırlanacaq və mühərrik, transmissiya və əyləcləri soyutmaq üçün hava kanalları ilə təchiz ediləcək.
Eyni zamanda, sedan hər iki oxda U-şəkilli köndələn dayanıqlılıq stabilizatorlarını, elektron idarə olunan amortizatorları, Recaro kreslolarını və müasir elektronikanı (rəqəmsal cihazlar paneli, klimat-kontrol) və modernləşdirilmiş interyeri əldə edəcək.
Mühərrik də yeni olacaq və söhbət orijinal Evo II modelində olduğu kimi, 2,5-litrlik dördsilindrli mühərrikdən getmir. Əvəzində, kapotun altında yeni idarəetmə bloku və quru karterli yağlamaya malik olan 450 at qüvvəsi və 550 Nm fırlanma anına hasil edən 3,0-litrlik V6 biturbo mühərrik yerləşəcək.
Transmissiya - mühərrikə karbon lifindən ötürücü val vasitəsilə qoşulan altı pilləli mexaniki ötürmələr qutusudur, Transmissiyanın arxa oxda yerləşdiyi transaxle quruluşu restomodu ideal çəki bölgüsü ilə təmin edəcək və avtomobilin çəkisi cəmi 1350 kiloqram olacaq. Dinamik xüsusiyyətlərdən yalnız maksimal sürət verilir - 270 km/saat.
Opsional Affalterbach paketini sifariş etdikdə isə, makimal həddi demək olar ki, 300 km/saata (buraya hasilatın 500 at qüvvəsinə qədər artırılması, karbon-keramik əyləclər, idman buraxılış sistemi və Track sürücülük profili daxildir) çəkilir. Orijinal Evo II, pasportuna əsasən, 250 km/saata sürətlənə və 6,7 saniyəyə 100 km/saat həddini toplaya bilirdi.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.