Mercedes-Benz şirkəti özünün yenilənmiş flaqman krossoverini – GLS modelini təqdim edib. Yenilənmə, bayraqdar ofrouderin daha güclü mühərrikləri, ən son nəsil məlumat-əyləncə sistemini və digər təkmilləşdirmələri əldə etməsi ilə nəticələnib.
Yenilənmiş model restaylinqdən əvvəlki krossoverdən daha böyük radiator barmaqlığı, ön fənərləri və naxışı dəyişdirilmiş arxa işıq texnikası ilə fərqlənir. İstehsalçı yenilənmə zamanı 3000 yeni və ya təkmilləşdirilmiş komponentin tətbiq olunduğunu iddia edir.
Yenilənmiş Mercedes-Benz GLS krossoverinin bütün təchizat səviyyələri tək şüşə panelin altında yerləşən 12,3 düymlük üç ekran ilə təchiz olunub. Məlumat-əyləncə sistemi süni intellektə əsaslanan MBUX virtual köməkçisi tərəfindən idarə edilir.
Mühərrik çeşidində də yeniliklər mövcuudur. Belə ki, GLS 450 baza modifikasiuası 375 at qüvvəli 3,0-litrlik altısilindrli mühərrikini saxlayıb. Bununla belə, mühəndislər bu mühərrikin fırlanma anını əvvəlki 500 Nm-dən 560 Nm-ə qədər artırmağa müvəffəq olublar.
Ən yüksək səviyyəli GLS 580 versiyasının kapotunun altında yenilənmiş 4,0-litrlik V8 mühərriki yerləşir. Xatırladaq ki, eyni güc aqreqatı yenilənmiş S-Class sedanının mühərrik çeşidinə də daxildir.Düz dirsəkli vala malik olan güc aqreqatının hasiları 510 at qüvvəsi və 730 Nm-dən 530 at qüvvəsi və 750 Nm qədər artırılıb.
Bulud texnologiyasına əsaslanan firma pnevmatik Airmatic asqısı yenilənmiş krossoverin standart təchizata daxil edilib.
Mercedes-Benz GLS 580 versiyası isə, üstəlik, bir saniyədə yol səthinin vəziyyətini 1000 dəfə təhlil edən və bu məlumatları “buludda” yadda saxlayan E-Active Body Control sistemi ilə təchiz olunub. Bulud texnologiyası sayəsində, avtomobil bu məlumatları digər hərəkət iştirakçıları ilə bölüşmək imkanına malikdir.
Daha bir maraqlı yenilik - sürücüyə səkiyə qədər olan məsafəyə nəzarət etməyə imkan verən köməkçidir: o, avtomobilin sürücüsünə səki ilə təmasdan qaçmağa və müvafiq olaraq təkər disklərinin zədələnməsinin qarşısını almağa yardım edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









