Britaniyalı milyarder Cim Retklifə məxsus olan Ineos Automotive şirkəti “Land Rover Defender fəlsəfəsinə” əsaslanan ofroderi yaratmaq niyyətindədir. Bu məqsədlə Ineos şirkəti MBTech alman mühəndislik firması ilə müqavilə bağlayıb.
Qismən Daimler AG konserninə məxsus olan mühəndislik firması Ineos şirkətinə test “qatırlarının” və ilk prototiplərin yaradılmasında yardım edəcəkdir. “Autocar” nəşrinin bildirdiyinə görə, ilk prototiplər cari ilin sonunda hazır olacaqdır. Bu müqavilə çərçivəsində “Qrenadyor” layihəsinin üzərində çalışmaq üçün Ştutqart firması 200 mühəndisi ayıracaqdır. Ineos Automotive şirkətinin başçısı Dirk Haylmanın sözlərinə görə, onlar alman mühəndis incəsənətini britaniya dizaynı və işgüzarlığı ilə birləşdirəcəkdirlər. MBTech mütəxəssislərinin qarşısında duran vəzifələrdən biri də “əsil etibarlı və güzəştsiz yolsuzluq avtomobilinin” yaradılmasıdır.
Bununla belə, avtomobil Defender modelinin ruhunu qoruyub-saxlamalı və birbaşa onunla bağlı olmalıdır.