Mercedes-Benz şirkəti yenilənmiş C-Class sedan və universalını təqdim edib. Yenilənmiş modellərin kütləvi təqdimatı 8-18 mart tarixində keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.
Yenilənmiş C-Class sedan və universalı E- və S-Class modellərində istifadə edilən sükan çarxındakı taçpadlarla təchiz edilir. Bu panellər vasitəsi ilə yeni multimedia sistemini və artıq C-Class üçün də əlçatan olan 12,3-düymlük rəqəmsal cihazlar panelini idarə etmək mümkündür. Üstəlik, virtual cihazlr paneli üçün üç mövzu təklif edilir – Classic, Sport və Progressive. Multimedia sistemi geniş formatlı 10,25-düymlük mərkəzi displey ilə təklif edilir. Mercedes-Benz C-Class sedan və universalının dizaynında cüzi dəyişikliklər də vadır. Bunlara misal olaraq yeni bamperləri və tərtibatı dəyişdirilmiş işıq texnikasını göstərmək olar.
Yenilənmiş sedan və universallar yeni işıqdiodlarından ön fənərlərə sahib olublar. Onların hər biri fərdi şəkildə idarələnən 84 LED-elementlər ilə təchiz edilir.
AMG-dəsti ilə təchiz edilən avtomobillər yan tərəfdə iri hava girişləri olan ön bamper, “almaz səpələnmiş” ön radiator barmaqlığı və diffuzoru olan arxa bamper ilə təchiz edilir. Bundan başqa, avtomobil üçün təklif edilən təkər disklərinin çeşidi və rəng palitrası da yenilənibdir. Artıq C-Class modellərini Mojave Silver Metalic və Emerald Green Metallic rəngində sifariş etmək olar.
Üstəlik, alman istehsalçısı C-Class ailəsinin iki üzvü üçün yeni elektron köməkçiləri də təklif edir. Məsələn, C-Class hərəkət cərgəsinə nəzarət edən, avtomobili tam dayandıran və sükan sisteminin işinə müdaxilə edən Intelligent Drive yarımavtonom idarəetmə sistemi ilə təchiz ediləcəkdir.
Bu sistem ilk dəfə olaraq yeni nəsil Mercedes-Benz E-Class modelində debüt edib. Bundan başqa, yenilənmiş modellərin avadanlıq siyahısına qabaqcıl səslə idarəetmə sistemi və Remote Parking Pilot avtomatik parklanma sistemi daxil edilib. Yenilənmiş avtomobillərin mühərrik çeşidi barədə Cenevrə avtosalonu çərçivəsində veriləcəkdir.
Yeganə məlum olan C 300 modifikasiyasının kapotu altında olan 2,0-litrlik “turbodördlüyün” gücünün 245 at qüvvəsindən 258 at qüvvəsinə qədər yüksəldiyidir. Bundan başqa, britaniya KİV-lərində yenilənmiş avtomobillərin 300 e və 300 de hibrid modifikasiyalarının olacağı bildirilib.