Mercedes-Benz şirkəti yenilənmiş C-Class kupesinin test prototipinin sınaqlarına başlamışdır. Ehtimallara görə, yenilənmiş C-Class ailəsi enerjinin rekuperasiyası sistemi ilə təchiz ediləcəkdir. Artıq Motor1.com saylı belə bir sistemlə təchiz edilmiş prototipin şəklini dərc etmişdir.

Rekuperasiya sisteminin mövcudluğuna avtomobildə quraşdırılmış qeyr-adi əyləc mexanizmləri işarə edir. Böyüdülmüş şəkildə avtomobildə ənənəvi əyləc mexanizmlərinin  deyil, KERS sistemi üçün xarakterik olan silindrşəkilli mexanizmlərin quraşdırıldığını görmək olar. Qeyd etmək lazımmdır ki, KERS sistemi müasir Formula 1 bolidlərində tətbiq edilir. Bu sistem əyləcləmə zamanı yaranan enerjini toplayaraq batareyalar blokuna ötürür. KERS sisteminin sadələşdirilmiş variantı bir sıra yol avtomobillərində tətbiq edilir. Eyni zamanda, superkarlarda bu sistem mühərrikin gücünü qısa müddətli artırmağa imkan verir.

Bundan əlavə, C-Class Coupe modelinin yeni ön işıq texnikası və bamperlə təchiz ediləcəyi də təsvirdən aydın olur.

Hal-hazırda Mercedes-Benz C-Class Coupe modelinin hibrid variantı təklif edilmir. Lakin, avtomobilin sedan kuzovlu variantı tərkibinə 211 at qüvvəli benzin mühərriki və 82 at qüvvəli elektromotor olan hibrid qurğu ilə təchiz edilir.

Hibrid sedan 100 km/saat sürətinə 5,9 saniyəyə sürətlənir və 100 kilometrə 2,1 litr yanacaq sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt