Mercedes-Benz şirkəti C-Klasse kabrioletinin sınaqlarını soyuq hava şəraitində Şimal Qütbünə yaxın olan ölkələrin birində həyata keçirir. Avtomobil cəsuslarına bu yaxında, yanacaq doldurma stansiyalarının birində, sınaq avtomobilini, demək olar ki, kamuflyajsız vəziyyətdə yaxalamaq nəsib olmuşdur. Motor1 saytının dərc etdiyi şəkillərdən göründüyü kimi, avtomobilin, əsasən arxa hissəsi güclü kamuflyaj edilmişdir. Avtomobilin ön hissəsinə nəzər saldıqda C-Klasse Coupe modelinə bənzərlikləri görmək mümkündür. İşıq texnikası, ön bamper və radiator barmaqlığı kupe kuzovu ilə olan C-Klasse ilə eynidir.

Fərq təkcə yumşaq dam örtüyündə, sürücü və sərnişinlərin boyun hissəsinə isti hava üfürən Airscarf sisteminin deflektorlarının olmasındadır. Arxa tərəfin güclü kamuflyaj edilməsinə baxmayaraq, bu sahədə güclü dəyişikliklərin olması inandırıcı gəlmir.

Texniki cəhətdən C-Klasse kabrioletinin kupe variantı ilə eyni mühərrikləri və sürət qutusunu bölüşəcəyi bilinən faktlardandır. Belə ki, kabriolet ilkin olaraq 2.0-litrlik dörd silintirli 241 at qüvvəli və 370 Nm fırlanma anı olan mühərriklə təchiz ediləcəkdir. Bundan başqa, 3,0-litrlik V6 mühərriki də siyahıya daxil edilmişdir ki, onun da göstəriciləri 362 at qüvvəsi və 517 Nm olmalıdır.

Nəhayət, kabrioletin bərkgedən variantı olan C 63 AMG və C 63 AMG S olacaqdır ki, onların da gücü, müvafiq olaraq, 469 və 503 at qüvvəsi, 650 və 700 Nm fırlanma anı olacaqdır.

Image alt Image alt Image alt Image alt