Daimler AG konserni və Çinin BYD şirkəti ilə birlikdə təsis etdikləri Denza brendi Şençjendə keçirilən avtosalonda Concept X prototipini nümayiş etdirib. Avtomobilin dizaynı üzərində Mercedes-Benz şirkətinin Çindəki dizayn mərkəzinin mütəxəssisləri işləyiblər. Modelin seriya variantı gələn il debüt edəcəkdir.
Denza Concept X konsepti elektrik və hibrid güc aqreqatları ilə təchiz ediləcək yeddi yerlik krossoverin carçısıdır. Krossoverin elektrik versiyası dolu batareya ilə 500 kilometr (NEDC) məsafə qət edəcəkdir. Elektrokar 100 km/saat həddinə beş saniyədən az müddətə sürətlənəcəkdir.
Krossoverin dizaynı Mercedes-Benz Advanced Design Studio tərəfindən hazırlanıb. Buna avtomobilin ön qanadlarındakı “Styled by Mercedes-Benz” emblemləri işarə edir. Studiya Pekində yerləşir və alman konserninin qlobal dizayn şəbəkəsinin bir hissəsidir. Prototip Galaxy Purple rənginə boyanıb, 23-düymlük təkər disklərinə və bamperdə quraşdırılmış LED “ekvalayzerlərə” malikdir.
Hazırda Denza şirkəti 500 elektrokarını istehsal edir. Denza 500 birinci nəsil Mercedes-Benz B-Class moidelinin bazasında inşa edilib və 190 at qüvvəli elektrik mühərrikinə malikdir. Elektrokarın yürüş ehtiyatı 500 kilometrdir.