Mercedes-Benz şirkəti rəsmi olaraq dördqapılı kupe və univerlasladan ibarət olan CLA-Class ailəsinin yenilənmiş modellərini təqdim etmişdir. Avtomobillərin ilk kütləvi nümayişi mart ayının sonlarında işinə başlayacaq Nyu-York avtosalonunda keçirələcəkdir. Avtomobillərin xarici görkəmində kiçik miqyaslı dəyişikliklər edilmişdir. Bunlara misal olaraq, yeni «almaz» torlu radiator barmaqlığını, işıq diodlarından hazırlanmış fənərləri, ön və arxa bamperi göstərmək olar. Bundan başqa, avtomobilin təchizatına beş yeni 18-düymlük disklər, Cavansite Blue Metallic və Lunar Blue Metallic rəng çalarları əlavə edilmişdir.

Avtomobillərin interyerində də dəyişikliklər minimal xarakter daşıyır. CLA və CLA Shooting Break modelləri 8-düymlük sensorlu displeyi olan multimedia sistemi, yeni tərtibat materialları, yenilənmiş cihazlar paneli və xrom işləmələr əldə etmişlər.

Yenilənmiş modellərin mühərrik çeşidinə 1,5-litrlik dizel mühərriki (180 d BlueEFFICIENCY Edition) əlavə edilmişdir ki, bu mühərrikin də gücü 109 at qüvvəsi və 260 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı yalnız altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir ki, bu tandem də qarışıq rejimdə 100 kilometrə 3,5 litr yanacaq sərf edir.

1,6-litrlik benzin mühərriki olan Mercedes-Benz CLA180 modelinin də BlueEFFICIENCY Edition variantı təklif ediləcəkdir. 122 at qüvvəsi və 200 Nm fırlanma anı olan benzin mühərrikin 100 kilometrə ortalama yanacaq sərfiyyatı 5,0 litr təşkil edir. Bundan əlavə, 184 at qüvvli 2,0-litrlik benzin mühərriki olan CLA 220 modeli 4Matic tam ötürməli çəkiş sistemi ilə təchiz edilə bilər. 

Avtomobillərin avadanlıq siyahısına, işıq diodlarından hazırlanmış fənərlərdən əlavə, smartfonları dəstəkləyən Apple CarPlay və Android Auto əlavələri, həmçinin baqaj bölümünün qapısının avtomatik açılmasını təmin edən arxa bamperin altında yerləşdirilmiş verici də daxildir.

CLA ailəsinin «bərkgedən» modeli olan Mercedes-AMG CLA 45 4Matic də dəyişikliklərdən öz nəsibini almışdır. Avtomobil yeni ön bamper və baqaj bölümünün qapağında bərkidilmiş yeni spoyler əldə etmişdir. Bundan başqa, avtomobil iki yeni təkər diskləri ilə təchiz ediləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt