Münhendə keçirilən avtosalonda Mercedes-Benz şirkəti yeni başlanğıc səviyyəli modelin ümumiləşdirilmiş obrazını nümayiş etdirən konseptual elektrik sedanını göstərib. Görünən odur ki, Mercedes-Benz dizaynerləri interyer və eksteryer ilə müəyyən təcrübələr aparıblar. Əldə edilən nəticə isə yeni korporativ üsluba bir növ işarədir. Oriyentir olaraq, 750 kilometrdən çox avtonomluq götürülüb. Alman istehsalçısının planına əsasən, CLA modelinin üçüncü nəsli 2024-cü ilin sonuna qədər işıq üzü görməlidir.
Mercedes-Benz Concept CLA-Class baza arxa ötürməsi olan yeni modul MMA platformasına əsaslanır. Elektromobilin 800 voltluq elektrik sisteminə malik olduğu, təxmini enerji sərfiyyatının 100 kilometrə 12 kilovat-saat, yürüş ehtiyatının isə 750 kilometr olduğu məlumdur. Seriya elektromobili silikon və ya litium-ion batareyaları ilə təchiz ediləcək.
Dolayı məlumatlara əsaslanaraq, elektromobilinı 89,6 kilovat-saatlıq faydalı tutumu olan batareyaya sahib olacağını ehtimal etmək mümkündür. Hədəf - 15 dəqiqəyə 400 kilometr yürüş ehtiyatını bərpa etməkdir. Elektromobili yeni nəsil güc qurğusu ilə hərəkətə gələcək: elektrik mühərriki, iki pilləli transmissiya, inventor və elektronika vahid korpusda birləşdiriləcək. 110 kiloqramlıq bir modul 235 at gqüvvəsi hasil etməlidir.
Salonda da hər şey fərqlidir: burada ön panelin eni boyunca uzanan Superscreen məlumat-əyləncə kompleksi peyda olub, hava kanallarının deflektorları yeni tərzdə (firma “turbinləri” taçskrində çəkilib) tərtib edilib, maye ilə soyudulan prosessorla işləyən perspektivli əməliyyat sistemi də nümayiş etdirilib.
Elektrik sedanında Vision EQXX konseptinin ideyalarından istifadə edilib: üstünlük ekoloji cəhətdən təmiz materiallara, təkrar emal edilmiş plastikə və sintetik parçalara verirlib. Bununla birlikdə, tərtibatda Nappa dərisindən də istifadə olunur.
MMA platformasında ən azı dörd modelin inşa ediləcəyi məlumdur: CLA sedanı, universal və iki krossover. Təfərrüatlar açıqlanmayıb, lakin söhbətin CLA, CLA Shooting Brake, yeni GLA və GLB modellərinin davamçılarından getdiyi ehtimal olunur. Yeni başlanğıc səviyyəli Mercedes-Benz elektrik sedanı 2024-cü ilin dördüncü rübündə Avropada satışa çıxmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.