Mercedes-Benz şirkətinin bu ay Las Veqasda keçiriləcək istehlak elektronikasının sərgisində (CES) yeni nəsil CLA sedanını nümayiş etdirəcəyi məlumdur. Bu gün alman istehsalçısı yeni sedanın növbəti tizerini də dərc edib. Bu dəfə aksent J-şəkilli gündüz hərəkət işıqları olan ön fənərlərə yönəldilib.
Yeni Mercedes-Benz CLA-Class modeli adi A-Class sedanına daha bahalı və dəbli alternativ olacaqdır. CLA modelinin Las Veqasda debüt etməsi, eyni zamanda, alman istehsalçısınnın bu modeldə MBUX multimedia sisteminin təkmilləşdirilmiş variantını nümayiş etdirəcəyindən xəbər verir. Multimedia sistemi sürücünün hərəkətlərini təhlil edərək, onun niyyətini anlayacaqdır. Bundan başqa, tamamlanmış reallığa malik olan naviqasiya sistemi və virtual fitnes məşqçi də olacaqdır.