Sabah Las Veqasda başlanacaq istehlak elektronikasının sərgisində (CES) Mercedes-Benz şirkəti ikinci nəsil CLA modelini nümayiş etdirməlidir. Bu gün alman istehsalçısı yeni modelin daha bir videotizerini yayıb.
Bu dəfə alman istehsalçısı avtomobiliin bir çox hissəsi üzərindən sirr pərdəsini götürüb: artıq yeni CLA modelinin işıq texnikası və salonu daha aydın və dəqiq görüntülənib.
Alman istehsalçısı yeni nəsil CLA modelini öz sinifində ən ağıllı və emosional avtomobil olacağını bildirir. Yeni CLA modeli tamamlanmış reallığı və vizual fitnes məşqçisi olan təkmilləşdirilmiş MBUX multimedia sistemi ilə təchiz ediləcəkdir. Mercedes-Benz CLA modelinin ikinci nəslinin təchizatına tam çəkiş sistemi və adaptiv amortizatorlar da daxil olacaqdır.
Bir müddət bundan öncə, Mercedes-Benz yeni modelin eksteryerinin tizerlərini dərc edib. Yeni CLA modeli Mercedes-Benz CLS sedanının üslubunda dizayna və J-şəkilli gündüz hərəkət işıqları olan iti formalı ön fənərlərə sahib olub.