2018-ci ildə təqdim olunan üçüncü nəsil Mercedes-Benz CLS sedanı ikinci yenilənmədən keçib. Birinci dəfə dəyişikliklər multimedia kompleksinə və köməkçi sistemlərə aid olsa da, bu dəfə sedanın mühərrik çeşidini və müəyyən dərəcədə eksteryerini əhatə edib.
Mercedes-Benz CLS və Mercedes-AMG CLS 53
Restaylinq keçmiş CLS modelini əvvəlki Daimler-Motoren-Gesellschaft loqosuna əsaslanan çoxsaylı üçşüalı ulduzlara sahib olan yeni radiator barmaqlığı ilə ayırd etmək mümkündür. Eyni naxış Mercedes-Benz EQS elektromobilinin kamuflyajını və salonunun bəzi dekorativ elementlərini bəzəyir.
Bundan başqa, avtomobil fərqli bamperlərə sahib olub. Məsələn, başlanğıc Avantgarde paketi və AMG Line tərtibatı olan versiyaların bamperləri fərqlənirlər. Sonuncu halda, bu, qara parlaq örtümələr və yan hava yönləndiriciləri ilə təchiz edilən A-wing olacaqdır.
Mercedes-Benz CLS
19 və 20 düymlük ölçülərdə təklif edilən təkər disklərinin dizaynı da dəyişdirilib. Arxa bamperdə diffuzoru xatırladan örtümə, rəng palitrasında isə yeni mavi metallik boyası peyda olub. Yenilənmiş CLS modelinin salonunda aktiv təhlükəsizlik sistemlərinin işləməsi üçün tutma sensorları və Nappa dərisi ilə üzlənmiş fərqli sükan çarxı quraşdırılıb.
Bundan başqa, sedan üçün yeni dekor variantları təklif olunur: açıq məsaməli fındıq ağacından şpon və oturacaqların iki rəngli dəri ilə örtülməsi. Əlavə olaraq, Mercedes-Benz designo fərdiləşdirmə proqramının kataloqu da yenilənib: yeni boya örtükləri və Nappa ilə üzlənmiş salon üçün beş rəng kombinasiyası kataloqa daxil edilib.
Mercedes-AMG CLS 53 4Matic+
CLS modelinin mühərrik çeşidinə, yeni C-Class modelində quraşdırılan 48 voltluq startyor-generatoru (ISG) olan təkmilləşdirilmiş dördsilindrli OM 654 M dizel mühərriki daxil edilib. 2,0-litrlik aqreqat dəyişkən geometriyası iki turbokompressoru, 2700 bar təzyiqli püskürtməni və natriumla doldurulmuş soyutma kanalı olan polad porşenləri əldə edib.
Nəticədə, CLS 300 d 4Matic versiyasındakı mühərrikin hasilatı 265 (+ 20 a.q.) at qüvvəsi və 550 Nm (+50 Nm) fırlanma anı təşkil edir. Çeşiddə CLS 220 d və CLS 400 d 4Matic dizel, habelə CLS 350 və CLS 450 4Matic benizn variantlarını da saxlanılıb ki, bunların da yarısı “mülayim” hibridlərdir.
Mercedes-Benz CLS xəttinin zirvəsındə yenə də 3,0-litrlik altısıilindrli turbomühərrik və AMG Speedshift TCT 9G “avtomatı” ilə təchiz edilən Mercedes-AMG CLS 53 4Matic + modeli qərarlaşıb. “Bərkgedən” sedan 100 km/saat həddinə 4,5 saniyədə sürətlənir və 250 km/saatlıq maksimal sürətə malidkir.
AMG Driver’s Package dəstini sifariş etməklə bu həddi 270 km/saata çəkmək olar. CLS 53 modeli şaquli çubuqları olan radiator barmaqlığı, eksteryer dekoru və interyerin tərtibat materialları ilə seçilir. Model üçün iki staylinq-paket nəzərdə tutulub: tündləşdirilmiş elementləri olan AMG Night Package və karbon lifindən hazırlanmış detalları olan AMG Exterior II Carbon Package.
Yenilənmiş Mercedes-Benz CLS modelinin Avropadakı satışlarına bu ilin iyul ayında start veriləcəkdir. Qiymətlər hələlik açıqlanmayıb. Azərbaycanda yenilənmiş modelə sifarişlərin qəbuluna aprel ayının sonlarında başlanacaqdır. Sifariş edilmiş avtomobillər alıcılara oktyabr-noyabr aylarında çatdırılacaqdırlar.