Mercedes-Benz şirkəti CLS modelinin 260 indeksli modifikasiyasını təqdim edib. Avtomobil Çin bazarı üçün nəzərdə tutulub. Tarixdə ilk dəfə olaraq CLS modeli 184 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edən 1,5-litrlik benzin mühərriki ilə təchiz edilib. Benzin mühərriki sürətlənmənin ilk anlarında ona köməklik edən, 14 at qüvvəsi və 150 Nm hasil edən 48-voltluq startyor-generatorla tandemdə çalışır. Mercedes-Benz CLS 260 modeli 100 km/saat həddini 8,7 saniyəyə toplayır. Sedanın maksimal sürəti 250 km/saatdır.
Uzunbazalı CLS 260 modelinin təchizatına LED işıq texnikası, 19-düymlük təkər diskləri, dərin salon, ön oturacaqların elektriklə tənzimlənməsi, ön panelin süni dəri ilə üzlənməsi, ağacdan dekor elementləri və iki 12,3-düymlük displey daxildir.
Mercedes-Benz CLS 260 modelinin Çindəki satış qiyməti 576.800 yuandan (138.280 manat) başlayır.