Mercedes-Benz bir neçə ildir ki, mövcud olan V-Class və Vito modellərini, eləcə də onların batareyalı analoqları hesab edilən EQV və eVito minivenlərini əvəzləyəcək elektromobillər ailəsi üzərində işləyir. Yeniliklərin kamuflyajlı prototiplər ilk dəfə 2024-cü ilin payızında nümayiş etdirilib, ötən yazda Vision V konsepti işıq üzü görüb, 2025-ci ilin yay ortalarında isə, VLS və VLE adlandırılan kamuflyajlı seriya minivenlərinin yeni şəkilləri dərc olunub. İndi isə, bu ikilinin ən kiçiyi - Mercedes-Benz VLE miniveni təqdim edilib.
Mercedes-Benz VLE 300
Yeni model, perimetr boyunca opsional işıqlandırmaya malik olan ənənəvi radiator barmaqlığına bənzəyən böyük paneli, ulduz formalı işıq naxışı olan faraları və kapotdakı firma “nişangahını” alıb. Opsional AMG paketinə fərqli ön bamper və mərkəzində firma loqotipi olan başqa barmaqlıq daxildir. Yan tərəfdə irəli çıxa bilən qapı tutacaqları diqqəti çəkir. Qapılar elektrik ötürməsi ilə işləyir və pəncərələr tamamilə aşağı endirilə bilər. Şarj portunun qapağı aşağı açılır. Arxa tərəfdə yuxarıdakı spoylerə inteqrasiya olunmuş bölməsi olan böyük şaquli arxa işıqlar var, arxa qapının pəncərəsi ayrıca açılır.
Mercedes-Benz VLE 300 LWB
Avtomobilin uzunluğu 5309, eni – 1999, hündürlüyü isə, 1943 millimetrdir. Təkər bazasının ölçüsü 3342 millimetr təşkil edir. Uzunbazalı versiyanın uzunluğu 5484, təkər bazası isə, 3517 millimetrdir. Təkər disklərinin diametri 19 ilə 22 düym arasında dəyişir. Aerodinamik müqavimət əmsalı 0,25 Cd-dir.
Mercedes-Benz VLE
Opsional MBUX Superscreen sistemi 10,25 düymlük rəqəmsal cihazlar panelini və iki 14 düymlük displeyi ehtiva edir – onlardan biri məlumat-əyləncə sisteminin mərkəzi displeyi, ikincisi isə, ön sərnişin üçün nəzərdə tutulmuş ekrandır. Bundan başqa, arxa sərnişinlər üçün tavandan çıxan 31,3 düymlük displey də mövcuddur. O, 8K icazəsinə, ekranın bölünməsi funksiyasına və video konfrans üçün 8Mp kameraya malikdir. Eyni zamanda, 22 dinamikli Burmester 3D ətraf səsli audio sistemi də mövcuddur, Sky View panoram damı isə, işıqlandırma ilə təchiz olunub. İnteryerdə həmçinin qatlanan masalar, smartfonların simsiz şarjı olan çoxsaylı konsollar, habelə qızdırılan və soyudulan saxlanc bölmələri var.
Mercedes-Benz VLE
Model altı, yeddi və ya səkkiz oturacaqla təklif olunacaq: alıcılar ayrı oturacaqları yalnız ikinci, ikinci və üçüncü cərgədə və ya iki arxa divan arasında seçim edə bilərlər. Oturacaqlar avtomobilin içərisində və ya xaricində asan yerdəyişmə üçün dörd quraşdırılmış təkərlə təchiz olunurlar. Lazım gəldikdə oturacaqlar tamamilə çıxarıla bilərlər. Daha yüksək səviyyəli təchizata malik olan versiyalarda oturacaqlar multimedia ekranı və ya mobil tətbiq vasitəsilə idarəetmə funksiyasını ala bilərlər. Nəhayət, Premium Comfort və Grand Comfort kresloları da mövcud olacaqlar: sonuncularda ayaq dayaqları, bel dəstəyi, masaj, yastıq və inteqrasiya olunmuş simsiz şarj mövcuddur.
Mercedes-Benz VLE 400 AMG Line
Hazırda avtomobil istehsalçısı güc aqreqatları haqqında yalnız bir neçə detalı paylaşıb. İlk satışa çıxarılan model, ön oxda yeganə 276 at qüvvəli elektrik mühərrikinə, 115 kilovat/saatlıq batareyaya, habelə WLTP standartına uyğun olaraq 700 kilometrdən çox məsafə qət edən VLE 300 miniveni olacaq. Daha sonra, minivenin 100 km/saata qədər 6,4 saniyəyə sürətləndirən 415 at qüvvəli ikimühərrikli tam ötürmə sistemi ilə təchiz edilmiş VLE 400 4MATIC versiyası satışa çıxarılacaq. 300 kilovatdan çox gücü olan daimi cərəyanlı şarj və 800 voltluq arxitektura sayəsində 15 dəqiqədə ərzində 355 kilometrlik gediş ehtiyatını bərpa etməyə imkan verəcək.
Mercedes-Benz VLE 400 AMG Line
Yeni model həmçinin AirMatic pnevmatik asqısı və yeddi dərəcəyə qədər dönə bilən arxa təkərlər vəd olunub ki, bu da yığcam CLA sedanı ilə müqayisə edilə bilən 10,9 metrlik dönmə dairəsi deməkdir. Nəhayət, Mercedes-Benz VLE miniveni MB.Drive Assist Pro sisteminin bir hissəsi olaraq 12 ultrasəs sensoru, 10 kamera və beş radar sensoru ilə təchiz olunacaq ki, bu da şəhərlərdə və magistral yollarda avtomobili əllərin köməkliyi olmadan idarə etməyə imkan verəcək.
Mercedes-Benz VLE elektrik miniveninin qiyməti hələlik açıqlanmayıb. Yeni təfərrüatlar gələn ilə planlaşdırılan satışların tam başlamasına yaxın açıqlanacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









