Mercedes-Benz şirkəti payızda keçirilməsi nəzərdə tutulan Paris avtosalonunda Audi A6 allroad avtomobilinə rəqib olacaq Mercedes-Benz E-Class Estate All Terrain modelini təqdim edəcəkdir. Bu barədə «Autocar» dərgisinə məlumatı E-Class layihəsinin baş mühəndisi Mixael Kelts məlumat vermişdir. Bütün yollar üçün nəzərdə tutulmuş universalın standart təchizatına pnevmatikasqı sistemi daxil edilmişdir. Yüngül yolsuzluq şəraitində hərəkət zamanı avtomobilin yol səthindən hündürlüyü avtomatik olaraq artırılacaq, asfalt üzərində hərəkət zamanı isə, sürət artıqca azalacaqdır.

Bundan əlavə, universal gücləndirilmiş bamperləri, təkər tağlarının və kuzovun perimetr üzrə palstikdən olan müdafiəsini əldə edəcəkdir. Kelts yeni modeli təsvir edərkən - «Universal klassik krossoverlərlə müqayisədə yolsuzluq şəraitində o qədər də güclü olmasa da, çoxlarının fikirləşdiyindən də uzaqlara gedib çıxacaqdır», - söyləmişdir.

Mercedes-Benz E-Class Estate All Terrain modeli mühərrik çeşidini adı universalla bölüşəcəkdir.

Bildiyimiz kimi, yeni E-Class Estate modeli dörd və altı silindirli benzin və dizel mühərrikləri ilə təklif edilir. Yeni E-Class Estate üç dizel mühərriki ilə təklif edilir ki, bunlardan ikisi 150 və 194 at qüvvəsi gücü olan 2,0-litrlik dördsilindirli mühərriklərdir. Üçüncü mühərrik isə, 258 at qüvvəsi və 620 Nm fırlanma anı olan 3,0-litrlik altısılındrli güc aqreqatıdır.

Benzin mühərriklərinin çeşidinə 184 və 211 at qüvvəsi olan 2,0-litrlik dördsilindirli turbomühərriklər daxil edilmişdir. Digər iki aqreqat altısılındirli mühərriklərdir ki, bunlardan birincisi 333 at qüvvəsi olan 3,5-litrlik mühərrik (E400 4Matic) , digəri isə E43 4Matic modelinin 401 at qüvvəli güc aqreqatıdır. İndekslərindən göründüyü kimi hər iki variant tam çəkiş sistemi ilə təchiz edilir. Mercedes-AMG E43 4Matic modeli 100 km/saat sürətini 4,7 saniyəyə toplayır.

Mercedes-Benz E-Class All Terrain modelinin Avropadakı satışlarına gələn ilin birinci yarısında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt