Mercedes-Benz şirkəti rəsmi olaraq yeni nəsil E-Class Estate universalını təqdim etmişdir. Sələfində olduğu kimi, yeni universal üçüncü cərgənin oturacaqlarını qoruyub-saxlamışdır ki, bu oturacaqlar da əsasən uşaqlar üçün nəzərdə tutulmuşdur. Adı çəkilən oturacaqlar baqaj bölümünün hamar döşəməsinə yığılır və hərəkətin əksi istiqamətinə açılır. Bu oturacaqları ilin sonunda sifariş etmək mümkün olacaqdır. Yeni Mercedes-Benz E-Class Estate modelinin baqaj bölümünün həcmi 670 litr təşkil edir ki, bu da əvvəlki universalla müqayisədə 25 litr azdır.

Lakin, yeni universal bu göstərici üzrə Audi A6 Avant modelini 105 litr, BMW 5-Series Touring modelini isə 110 litr üstələyir. İkinci cərgənin qatlanması halında yüklər üçün nəzərdə tutulmuş azad məkanın həcmi 1820 litr təşkil edir ki, bu da əvvəlkindən 130 litr artıqdır. Oturacaqlar 40:20:40 nisbətində bölünür.

Baqaj bölümünün qapağı eketrik ötürməsi ilə təchiz edilmişdir və kontaktsız şəkildə açıla bilər - bunun üçün sadəcə ayağı arxa bamperin altında hərkət etdirmək kifayət edir. Bundan əlavə, baqaj hissəsindən ikinci cərgənin oturacaqlarını da qatlamaq mümkündür. Yük bölümünü örtən pərdə də elektrik öürməsinə malikdir ki, oturacaqların qatlanması halında onu çıxarmağa ehtiyac qalmır. İkinci cərgənin oturacaqlarının kürək hissəsi də təzimlənə bilir.

Bütün universallar standart olaraq hündürlüyü avtomatik tənzimləyən arxa pnevmatik asqı ilə təchiz ediləcəkdir. Ön oxda pnevmatik asqı quraşdırmaq üçün əlavə ödəniş etmək gərəkdir. Mercedes-Benz E-Class Estate modelinin yük götürmə qabiliyyəti 745 kiloqramdır.

Yedəyə götürülən qoşqunun çəkisi 2100 kiloqram təşkil edə bilər.

Mercedes-AMG E43 4Matic

Yeni E-Class Estate üç dizel mühərriki ilə təklif ediləcəkdir ki, bunlardan ikisi 150 və 194 at qüvvəsi gücü olan 2,0-litrlik dördsilindirli mühərriklərdir. Üçüncü mühərrik isə, 258 at qüvvəsi və 620 Nm fırlanma anı olan 3,0-litrlik altısılındırli güc aqreqatıdır. Benzin mühərriklərinin çeşidinə 184 və 211 at qüvvəsi olan 2,0-litrlik dördsilindirli turbomühərriklər daxil edilmişdir.

Digər iki aqreqat altısılındirli mühərriklərdir ki, bunlardan birincisi 333 at qüvvəsi olan 3,5-litrlik mühərrik (E400 4Matic) , digəri isə E43 4Matic modelinin 401 at qüvvəli güc aqreqatıdır. İndekslərindən göründüyü kimi hər iki variant tam çəkiş sistemi ilə təchiz edilir. Mercedes-AMG E43 4Matic modeli 100 km/saat sürətini 4,7 saniyəyə toplayır.

Qatlana oturacaqlar hamar döşəməni təşkil edirlər

Bu ilin dekabrdan başlayaraq universalı arxa sərnişinlər üçün nəzərdə tutlan pliug&play əyləncə sistemi ilə sifariş etmək olacaqdır. Bu sistem qabaq oturacaqların arxa hissəsində iPad üçün bərkitmə nöqtələrindən və əvvəlcədən yazılmış proqram təminatından ibarətdir. Bundan başqa, modelin təchizatına 210 km/saat sürətinə qədər öndəki avtomobillə məsafəni avtomatik saxlayan adaptiv kruiz-kontrol, avtomatik parketmə sistemi, işıqdiodlarından hazırlanmış işıq texnikası və 23 dinamiki olan Burmester səs sistemi saxil edilmişdir.

Əlavə ödənişlə həmçinin, qabaq şüşə, mərkəzi konsolı və arxa sərnişinlərin ayaq hissəsində artırılmış səs izolyasiyasını təmin edən «Accoustic Comfort Package» dəstini sifariş etmək mümkün olacaqdır. Bundan əlavə, bütün şüşələr infraqırmızı şüaları udan örtüklə özlənəcəkdir. Avropada universalı iyul ayından başlayaraq sifariş etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt