Mercedes-Benz şirkəti E-Class kupe və kabrioletinin “yumşaq hibrid”, – Mild Hybrid adlandırılan modifikasiyalarını təqdim edib. E350 indeksinə sahib olan avtomobillər yeni 2,0-litrlik turbomühərrikə və 48-voltluq enerji sisteminə malik olublar.
Yeni dörd silindrli turbomühərrik 299 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. Güc aqreqatı doqquz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Gücün qısamüddətli artırılması üçün EQ Boost startyor-generatorundan istifadə edilir ki, 2500 dövr/dəqiqədə bu generator əlavə 13 at qüvvəsi və 150 Nm fırlanma anı hasil edir.
48 voltluq enerji sistemindən qayışlı ötürməsi olan generatorun qidalanması üçün istifadə edilir.Bununla yanaşı sistem əyləcləmə zamanı əldə edilən enerjinin rekuperasiyasına (12 kilovata qədər), gücün qısamüddətli qısamüddətli artırılmasına və gillətmə ilə gedən zaman mühərrikin söndürülməsinə cavabdehdir. “Yumşaq hibrid” modifikasiyalı kupe 100 km/saat sürətini 5,9, kabriolet isə 6,1 saniyəyə toplayır. Avtomobillər qarışıq rejimdə 100 kilometrə, müvafiq olaraq, 6,7 və 6,8 litr yanacaq sərf edirlər.
“Yumşaq hibridlərin” təzhizatına yeni kuzov rəngləri, başqa ön bamper və rombşəkilli naxışları olan radiator barmaqlığı, həmçinin 20-düymlük təkər diskləri daxil edilib.