İspaniyanın km77 nəşrinin jurnalistləri yenilənmiş Mercedes-Benz E-Class kupesinin manevr qabiliyyətini sınayıblar. Kupe, ilk cəhddə yerdəyişməni 75 km/saat sürəti ilə həyata keçirərək, heyranedici idarəetməni nümayiş etdirib. Bununla birlikdə, model bu nəticəni yaxşılaşdıra bilməyib – kifayət olmayan manevr qabiliyyəti öz sözünü deyib.
“Sığır testi” avtomobilin idarə olunmasını və manevr qabiliyyətini qiymətləndirməyin ən populyar, eyni zamanda ən çətin üsullarından biridir. Sınaqdan keçirilən model müəyyən trayektoriya boyunca hərəkət etməli, trekə düzülmüş konusları yıxmadan kəskin manevrlər etməlidir.
Kütləvi modellər üçün testi 70 km/saat sürətilə keçmək yaxşı nəticə hesab olunur. Bununla birlikdə, avtomobil bu yerdəyişməni 77 km/saat sürətilə həyata keçirərsə, test tam şəkildə keçilmiş hesab olunur.
Mercedes-Benz E-Class kupesi İlk cəhddən etibarən 75 km/saat sürətilə kəskin manevrləri həyata keçirməyə müvəffəq olub. Ancaq hərəkət sürət artırıldıqda, model problemlər ilə üzləşib: 77 km/saat sürətində E-Class bir konusu vurub-yıxaraq dəhlizə qayıda bilməyib. Eyni vəziyyət 79 km/saat sürətində də baş verib.
Mütəxəssislər, yenilənmiş E-Class modelinin təhlükəsiz və rahat idarəetmə qabiliyyətini xüsusi ilə qeyd ediblər. Bununla birlikdə, sürətin artması ilə, avtomobil "sığır testindən" keçmək üçün gərək olan manevr qabiliyyətini nümayiş etdirə bilməyib.
Eyni zamanda, Mercedes-Benz E- Class bu testlərdə flaqman S-Class modelindən daha yaxşı nəticəni qeydə alıb. Xatırladaq ki, flaqman sedanı kəskin yerdəyişimələrin öhdəsindən yalnız 74 km/saat həddində gəlib. Flaqman sedanına “sığır testini” keçməyə idman rejimi kömək edib.