Mercedes-Benz şirkəti Bentley və Rolls-Royce ilə birlikdə kapotda üzərindəki çıxan emblemi olan nadir markalardan biri olaraq qalır. Bununla belə, ABŞ-da daha bir Mercedes-Benz modeli məşhur "nişangahını" itirib.

Motor Trend nəşrinin bildirdiyinə görə, 2021-ci ildən etibarən yenilənmiş Mercedes-Benz E-Class modelini nazik üfüqi zolaqları və şaquli xətləri olan klassik xrom radiator barmaqlığına sahib olan Luxury versiyasında sifariş etmək mümkün olmayacaqdır.
Bu barmaqlıqla birlikdə kapotdan məşhur "nişangah" - nazik dayaqda duran üçşüalı ulduz da yoxa çıxacaqdır. Bu məlumat istehsalçı tərəfindən də təsdiqini tapıb, lakin belə bir qərarın qəbulk edilmə səbəbləri açıqlanmayıb - çox güman ki bu, piyadaların təhlükəsizliyi ilə bağlıdır. Əvvəllər yenilənmiş C-Class modeli də ABŞ-da "nişangahını" itirmişdi.

Beləliklə, artıq Mercedes-Benz E-Class modeli ABŞ-da yalnız Sport versiyasında, mərkəzində iri üçbucaqlı ulduzu olan trapesiya şəkilli barmaqlıqla satılır. Kapotun üstündəki "nişangahın" əvəzinə isə yuvarlaq emblem qoyulur.
Mercedes-Benz E-Class modeli 2009-cu ildə debüt etmiş W212 nəslinə qədər, standart olaraq "nişangah" ilə təchiz olunurdu.